Türkiyənin "Anka" PUA-sından YENİ REKORD
Texnologiya
12 Yanvar 2022 00:30
Oxunub 2966
Türkiyə istehsalı olan "Anka" PUA-sı yeni rekorda imza atıb.
Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türk Aerokosmik Sənayesi (TUSAŞ) məlumat yayıb. Məlumata görə, PUA uçuş zamanı 30 saat 30 dəqiqə havada qalıb.
"Anka" PUA-sı 30 min fut yüksəklikdə 24 saat havada qala və 250 kiloqram faydalı yük daşıya bilir.
Qeyd edək ki, gündüz və gecə bütün coğrafi şərtlərdə işləmə qabiliyyətinə malik “Anka” real vaxt rejimində kəşfiyyat, müşahidə, sabit/hərəkətli hədəfin aşkarlanması, identifikasiyası, izlənilməsi və məhv edilməsi üçün nəzərdə tutulub.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR