Reklam

WhatsApp-ın yeni qaydalarından imtina edənlərə SANKSİYA QƏRARI

Texnologiya 22 Fevral 2021 15:25 Oxunub 892
WhatsApp-ın yeni qaydalarından imtina edənlərə SANKSİYA QƏRARI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

WhatsApp yeni məxfilik qaydalarını qəbul etməyən istifadəçilər üçün funksiyaları məhdudlaşdıra bilər.

TechCrunch xəbər verir ki, bu barədə şirkət tərəfindən göndərilən məktubda qeyd olunub. 

Məktubda bildirilib ki, 15 may tarixinədək istifadəçi yeni məxfilik qaydalarından imtina edə bilər. Lakin göstərilən tarixdən sonra WhatsApp tətbiqdən mesaj göndərmə və digər funksiyaları məhdudlaşdıracaq. Şirkət, həmçinin 120 gündən sonra yeni qaydaları qəbul etməyən istifadəçinin hesabını silə bilər.

Xatırladaq ki, WhatsApp fərdi məlumatların Feysbuka ötürülməsi üçün istifadəçi müqaviləsini yeniləyib. Bu isə istifadəçilərin tənqidinə səbəb olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh