Banner

“WhatsApp”dan iki maraqlı YENİLİK

Texnologiya 24 İyul 2020 10:14
“WhatsApp”dan iki maraqlı YENİLİK
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“WhatsApp” messenceri yaxın günlərdə istifadəçilərin eyni anda dörd qurğudan istifadə etməsinə imkan verəcək.

Avtosfer.az xəbər verir ki, gözlənilən yenilik barədə “WABetaInfo” xəbər yayıb.

Bildirilir ki, tətbiqin interfeysinə yeni məntəqə – “Linked Devices” əlavə olunacaq. Bunun köməyilə profili digər smartfon və ya kompüterlərə bağlamaq mümkün olacaq.

Bundan başqa, axtarış sisteminin təkmilləşdirilməsi işi də aparılır. Belə ki, axtarış zamanı ismarıcın tipini (foto, video, link, GIA fayl, audio və sənəd) filtrdən keçirmək mümkün olacaq.

Oxunub 1266
ŞƏRH YAZ
Ad

E-mail

Şərh