"WhatsApp"dan istifadə edənlərə XƏBƏRDARLIQ - İndi də...
Texnologiya
29 Yanvar 2021 23:04
Oxunub 2806
Son ayda milyonlarla istifadəçini itirən "WhatsApp" messenceri vasitəsilə yeni virus yayılır.
Avtosfer.az bildirir ki, bu barədə "Siberay" xəbərdarlıq edib.
Mobil telefonun Android əməliyyat sistemi üçün zərərli olan virus özünü "Huawei Mobile" aplikasiyası kimi təqdim edir.
Virus link şəklində istifadəçilərə göndərilir. Linkə basdıqda "Google Play Store"a bənzər sayt açılır və zərərli proqram telefona yüklənməyə başlayır.
Qeyd olunur ki, bu virusdan daha çox reklam və yalançı abunə üçün istifadə edilir. (publika.az)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR