“Wi-Fi” şəbəkəsini kənar müdaxilələrdən qorumağın yolları

"Wi-Fi" fərdi kompüterlər və mobil qurğular kimi simsiz kommunikasiya qurğularına şəbəkə əlaqəsi yaratmağa imkan verən avadanlıqdır. "Wi-Fi" texnologiyasından istifadə etməklə internetə uzaq məsafədən bağlanmaq daha asan və rahat olsa da, təhlükəsizlik məqsədilə "Wi-Fi" şəbəkəsinə qoyulan şifrələrin kənar şəxslər tərəfindən ələ keçirilməsi internetə giriş sürətinin dərhal azalmasına, fərdi məlumatların oğurlanmasına, hətta kibercinayətkarlıq hadisəsinin törədilməsinə gətirib çıxara bilər.
Avtosfer.az bildirir ki, bunun qarşısını almaq üçün modem sazlamalarından daxil olaraq "WPS"i (bəzi modemlərdə bu QSS adlanır) söndürmək (disable) lazımdır. Bu, başqa şəxslər tərəfindən "Wi-Fi" şəbəkəsinə edilən müdaxilənin qarşısını alır. Açıq olan "WPS"lərdən istifadə edərək şəbəkəyə sızmaq mümkündür.
Başqa yolla "Wi-Fi" adını axtarış siyahısından gizlətmək (disable) lazımdır. Bunu etməklə "Wi-Fi" əlaqəsinin mövcudluğunu gizlətmək olur və başqaları şəbəkəyə giriş etmək üçün şəbəkənin adını tapa bilmirlər.
"WPA2-PSK" şifrələməsindən (Wi-Fi Protected Access 2, Pre-Shared Key) istifadə etmək ən təhlükəsiz və etibarlı şifrələmə standartı hesab olunur. "Wi-Fi" şifrəsini dəyişib ən azı 8 simvoldan ibarət olan və tərkibində hərf, rəqəm və xüsusi simvollar olan daha mürəkkəb şifrəyə üstünlük verilməlidir.
Modem sazlamalarından "MAC-Filtering" funksiyasından istifadə etməklə, şəbəkəyə qoşulan qurğuları müəyyənləşdirmək olar. Bu şəbəkə yalnız icazə verilən xüsusi qurğuların qoşulmasına imkan verir. Bunun üçün ilkin olaraq "MAC" ünvanları müəyyənləşdirilir və modem sazlamalarından "Status" bölməsinə daxil olub "MAC ünvanları" öyrənilir. Burada şəxsə məxsus ünvanlar mövcuddursa, onlar seçilib və yadda saxlanılmalıdır. Əgər başqa qurğulara məxsus "MAC" ünvanlar varsa deməli, kənar şəxslər şəbəkəyə icazəsiz qoşulublar.
///Milli.Az
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











