XİN-in qarşısındakı velozolaqla parkinqin yanaşı olması həqiqətən dünyada görülməyib? – NÜMUNƏ - FOTOSESSİYA

Ötən gün paytaxtın Yasamal rayonu Şıxəli Qurbanov küçəsində yaradılan yeni mobillik zolağı və parkinq müzakirələrə səbəb oldu. Sosial şəbəkələrdə bir çox vətəndaşlar mobillik zolağından sonra salınan parkinqin hərəkətin təhlükəsizliyinə mane olduğunu iddia etdilər. Vətəndaşlardan biri öz maşınını həmin parkinqdə saxlayıb yaranan vəziyyəti belə şərh etdi: “Hansısa TIR gəlib bu maşınların hamısını vurub qabağına qatacaq”.
Avtosfer.az mövcud vəziyyətin analoji nümunələrinin olub-olmamasını araşdırıb. Belə məlum olub ki, Bakının mərkəzi küçələrindən birində, Xarici İşlər Nazirliyinin qarşısında təşkil olunan mobillik zolağı və parkinqin yanaşı olması halı Avropanın bir çox şəhərlərində, eləcə də ABŞ-nin əksər ştatlarında mövcuddur.

Belə ki, Filadelfiya, Çikaqo, Praqa, Sofiya, Kopenhagen kimi əhalisi çox olan və küçələri Bakıdakı kimi dar olan bir sıra ərazilərdə belə hallara rast gəlmək mümkündür. Ekspertlər bildirir ki, hansısa küçədə hərəkət axınına maneələr yoxdursa, bu ərazidə infrastrukturu dəyərləndirərək parkinq, mobillik və xüsusi hərəkət zolaqlarını növbələşdirmək olar. Sadəcə bəzi sürücülər (Heydər Əliyev prospektində avtobusun qapını açıb nəsə axtaran şəxsi vurması hadisəsində olduğu kimi) qapını rahat açıb işlərini həll etməyə bilməyəcəkləri üçün narahat olurar. Buna görə də yaradılan şəraitin bu rahatlığı pozacağını bildikləri üçün vəziyyəti tənqid edirlər. Yasamal rayonu Şıxəli Qurbanov küçəsində də tıxac indiyə kimi, demək olar ki, yaşanmayıb, yalnız qəza hallarında görmək mümkündür.
Bu baxımdan, mobillik zolağı ilə parkinqin yanaşı olması təhlükəli hesab edilmir.
Səfər
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO
Azərbaycanda fantastik qiymətə yaxtalar satışa çıxarıldı - MƏBLƏĞLƏR
22.000 kilometrlik Avropa METROSU GƏLİR: Bu ölkələrdən keçəcək
Bəzi avtomobillər niyə gec işə düşür? – Sahil usta səbəbləri AÇIQLADI - VİDEO




















