Yaponiya səsdəniti uçan bombalar hazırlayacaq

Yaponiya Müdafiə Nazirliyi yüksək sürətlə uzaq məsafədəki hədəfləri vurmaq üçün səsdən iti uçan bomba hazırlayacaq. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, yeni silahların 2026-cı ildə cəbbəxanaya daxil edilməsi planlaşdırılır. Bu da əvvəlcə nəzərdə tutulduğundan 7 il tezdir. Uçan bombalar raketlərin uc hissəsi kimi havaya buraxılaraq, ondan yalnız çox böyük yüksəklikdə ayrılacaq. Mütəxəssislərin qənaətinə görə, həmin bomba hədəfə səsdən iti sürətlə yaxınlaşacaq ki, bu da onun vurulmasını çətinləşdirəcək. Səsdən iti uçan bomba ilə təchiz olunacaq raketlər yerdə yerləşəcək mobil qurğulardan buraxılacaq. Bu raketlərin uçma məsafəsi barədə məlumat verilməsə də, qəzet onların çox uzağa uçacağını bildirir. Bu, həmin silahın hücum məqsədilə istifadə oluna bilinəcəyini deməyə əsas verir ki, qəzet də bunun ölkə Konstitusiyasına uyğun olmadığını bildirir. Səsdən iti uçan bombaların ilk növbədə Şərqi Çin dənizindəki adalarda yerləşdirilməsi planlaşdırılır. Tokio bunun Pekin ilə münasibətləri gərginləşdirəcəyini istisna etməsə də, həmin raketlər məhz mübahisəli Senkaku adalarının müdafiəsi üçün nəzərdə tutulur. Həmin bombalarla yanaşı, Tokio səsdəniti qanadlı raketlərin hazırlanmasına da başalayıb. Avqustun sonlarında Yaponiya Müdafiə Nazirliyi növbəti maliyyə ili üçün 5,29 trilyon yen (təqribən 48,1 milyard dollar) büdcə sorğusu verməyi planlaşdırdığını bəyan edib. Bu, cari maliyyə ilindəkindən təqribən 2 faiz çoxdur. Həmin vəsaitin ilk növbədə ABŞ-a məxsus yerüstü “Aegis Ashore” raketdən müdafiə komleksinin alınmasına sərf ediləcəyi nəzərdə tutulur. Yeni büdcə vəsaitinin, həmçinin Yaponiyanın ABŞ ilə birgə hazırladığı yeni SM-3 Block 2A raketlərinin alınmasına sərf edilməsi də planlaşdırılır. Bundan əlavə, Müdafiə Nazirliyi beşinci nəsil F-35A qırıcı-bombardmançı təyyarələr almağı da nəzərdə tutur.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











