Yeni "stels" bombardmançının eskizləri TƏSDİQ OLUNDU

Rusiyanın Müdafiə Nazirliyi "stels" tipli yeni bombardmançı təyyarənin son eskizlərini artıq təsdiq edib. Yeni uzaq mənzilli perspektiv aviasiya kompleksi (UM PAK) "Tupolev" Publik Səhmdar Cəmiyyəti tərəfindən hazırlanır.
Yeni texnologiyada mütəxəssislər əsas üstünlüyü təyyarənin aşkar olunması ehtimalının azaldılmasına və uzaqvuran silahlarla təchizatına veriblər. "Təyyarənin radiolokasiya sistemləri tərəfindən aşkarlanması və yeni modelin aerodinamik xüsusiyyətləri ilə bağlı aparılan sınaqların nəticələri əsasında "stels"in son texniki maketi təsdiq olunub. Hazırda işçi layihələr əsasında bir neçə təcrübə nümunələri hazırlanır", - deyə Müdafiə Nazirliyindəki mənbə bildirib.
Onun sözlərinə görə, yeni təyyarə "uçan qanad" aerodinamik sxemi əsasında işlənəcək, səs sürətindən aşağı sürətlə, lakin daha uzun müddət havada qalmağa qadir olacaq. Yeni təyyarədə yalnız füzelyaj daxili silahlar, o cümlədən uzaq mənzilli qanadlı raketlər və hipersəs sürətli raketlər quraşdırılacaq.
Təyyarənin daxili avadanlığı isə maksimum avtomatlaşdırılacaq və hətta pilotsuz tətbiqinə qədər təkmil olacaq. UM PAK-ın konsepsiyasında üstünlük "stels" texnologiyasına və buna uyğun tətbiqinə, o cümlədən "uzun əllər" (uzaqvuran silahlar) texnologiyasına verilib. "Yeni bombardmançının PUA qruplarını idarə edə və "hava-hava" tipli bütün raketlərdən atəş aça biləcəyi nəzərdə tutulur", - deyə mənbə bildirib.
Xatırladaq ki, bir müddət əvvəl hərbi-sənaye kompleksindəki başqa bir mənbə yeni bombardmançının NATO ölkələrinin hava hücumundan müdafiə sistemlərini gözə görünmədən keçəcəyini bildirib.
Yeni bombardmançının 2027-ci ilə qədər silahlanmaya qəbul olunacağı gözlənilir. Onun Rusiya hava-kosmik qüvvələrində raketdaşıyan Tu-95MS təyyarələrini əvəz edəcəyi planlaşdırılır. (Sputnik Azərbaycan)
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











