Banner

Azərbaycan velosipedçisi: "İslamiadada 4-cü yeri tutduğum üçün qürur hissi keçirirəm"

Yarışma 5 Avqust 2022 20:55 Oxunub 1332
Azərbaycan velosipedçisi:  "İslamiadada 4-cü yeri tutduğum üçün qürur hissi keçirirəm"
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Nəticəyə görə məyus deyiləm. Hətta ilk "beşliy"ə düşdüyüm üçün qürur hissi var".

Avtosfer.az-ın məlumatına görə, bunu Azərbaycan velosipedçisi Ayan Xankişiyeva Türkiyənin Konya şəhərində start götürən V İslam Həmrəyliyi Oyunlarında 4-cü yeri tutması barədə danışarkən deyib.

O, sprintdən öncə xırda taktiki səhvə yol verdiyini bildirib: "Bu, təkcə düzgün mövqe seçməməklə bağlı deyil. Rəqibin velosipedinin təkərini vaxtında görsəydim, daha cəld tərpənərdim. Mövqe səhvinə görə yenidən sürət yığmaq lazım gəldi. Onlar isə həmin vaxt məni keçdilər. Qarşıda medal qazanmaq üçün daha 2 yarış var. Hazırda ideal formadayam. Səhvi istənilən vaxt düzəltmək olar. Mən də buna çalışacağam".

İdmançı İslamiada yaxşı ab-havanın hökm sürdüyünü söyləyib: "Malayziya, Qazaxıstan, Özbəkistan kimi velosiped idmanı yüksək səviyyədə inkişaf etmiş ölkələrin idmançıları çıxış edir. Onlarla yarışmaq xoşdur. Digər sevindirici məqam odur ki, biz onlarla eyni səviyyədəyik. Bu isə bizə medallar uğrunda mübarizə aparmağa imkan verir".

Xankişiyeva Konyada bütün ölkərin idmançılarına qarşı eyni münasibət olduğunu vurğulayıb: "Amma bizə sanki öz yaxınları kimi yanaşırlar, isti münasibət göstərirlər. Təbii ki, bu, hamımız üçün xoşdur".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh