Beş yaşlı türk dünyanın ən sürətli uşaq pilotu oldu - VİDEO
Yarışma
19 Avqust 2024 16:38
Oxunub 482
Türkiyənin məşhur motosiklet yarışçısı Kənan Sofuoğlunun 5 yaşlı oğlu Zayn Sofuoğlu dünyanın ən sürətli uşaq pilotu olub. Avtosfer.az xəbər verir ki, istifadə etdiyi nəqliyyat vasitələri ilə daim gündəmdə olan Zayn, bu dəfə milyon dollarlıq “Lamborghini” sürüb.
Belə ki, o, atasının dəstəyi ilə superkarı saatda 312 km sürətlə idarə edib.
Həmin anların görüntüləri isə sosial şəbəkədə, “5 yaş 128 günlük olan Zeyn saatda 312 kilometr sürətlə dünyanın ən sürətli uşağı oldu” sözləri ilə paylaşılıb.
Bu xüsusi şou, Zeynin istedadlarını nümayiş etdirdiyi və diqqət çəkdiyi an kimi qeydə alınıb.
Video sosial mediada böyük marağa səbəb olub və Zeyn bu performansı ilə dünyanın ən sürətli uşağı kimi tanınıb.
Namiq Musayev
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR