DİN-in elan etdiyi təqaüd proqramının qalibləri müəyyənləşib

Daxili İşlər Nazirliyinin (DİN) süni intellekt və İT sahələri üzrə elan etdiyi təqaüd proqramının qalibləri müəyyənləşib. Bu barədə Avtosfer.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təqaüd proqramı böyük maraqla qarşılanıb və ilkin mərhələdə 8 mindən çox namizəd qeydiyyatdan keçirilib. Namizədlər seçim meyarları, imtahan və müsahibə mərhələlərindən uğurla keçərək müəyyən olunublar.
Qeyd edək ki, proqram çərçivəsində DİN-in dəstəyi ilə süni intellekt, kibertəhlükəsizlik, proqramlaşdırma, məhsul sahibi (Product Owner), Linux əməliyyat sistemi, İT biznes analitikası və QA tester mühəndisliyi istiqamətləri üzrə ümumilikdə 200 nəfər üçün nəzərdə tutulmuş təqaüd proqramının qalib sayı iştirakçıların yüksək nəticələri və müsabiqəyə böyük marağın olması səbəbindən 134 nəfər artırılaraq 334 nəfərə yüksəldilib. Təqaüd proqramı çərçivəsində təlim xərclərinin 60 faizi DİN tərəfindən ödəniləcək. Daxili işlər orqanlarında xidmətə qəbul meyarlarına uyğun olan və təlimləri uğurla başa vuran şəxslərə nazirlikdə işə qəbul imkanı yaradılacaq. Həmçinin DİN tərəfindən elan olunan belə təqaüd proqramlarının gələcəkdə mütəmadi davam etdirilməsi planlaşdırılır.

Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Bəzi sürücülər, avtomobil sahibləri bundan istifadə edirlər" - Elməddin Muradlı
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - DOĞRU CAVAB
"Formula-1" tarixində ən varlı beş pilot açıqlandı
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Formula-1": 2026-cı ildə Bakıda keçiriləcək yarışın biletləri satışa çıxarıldı
Antiterror şəhidlərinin xatirəsinə həsr olununan cüdo çempionatı keçirilib - FOTOLAR - VİDEO











