Ən çox qazanan 10 “Formula -1” sürücüsü AÇIQLANDI - SİYAHI

“Forbes”in məlumatına görə, “Red Bull”un hollandiyalı pilotu Maks Verstappen ötən mövsüm 75 milyon dollar qazanaraq ən çox qazanan “Formula-1” sürücüsü olub.
Avtosfer.az Lent.az-a istinadən Siyahıda ikinci yeri fərdi sürücülər sıralamasında yeddinci olan “Mercedes” komandasının pilotu Lyuis Həmilton tutub. Böyük Britaniyadan olan yeddiqat dünya çempionu ilin sonunda 57 milyon dollar qazanıb.
İlk üçlüyü digər britaniyalı, “McLaren”dən Lando Norris tamamlayıb, o, mövsümü fərdi sıralamada ikinci yerdə başa vurub və mövsüm ərzində 35 milyon dollar qazanıb.
Reytinqin ilk 5-liyinə həmçinin “Aston Martin” komandasının sürücüsü Fernando Alonso (27,5 milyon) və “Ferrari”dən Şarl Lekler (27 milyon) daxil olub.
Sonrakı yerləri Corc Rassel (“Mercedes”, 23 milyon), Oskar Piastri (“McLaren”, 22 milyon), Serxio Peres (“Red Bull”, 19,5 milyon), Karlos Sayns (“Ferrari”, 19 milyon) və Pyer Qasli (“Alpin”, 12 milyon) tutur.
Ümumilikdə, ən çox qazanan 10 “Formula-1”! sürücüsü 2024-cü ildə təxminən 317 milyon dollar qazanıb. Bu da 2023-cü ildəki 258 milyon dollardan 23 faiz çoxdur ki, bu da “Forbes”in “Formula-1” reytinqinin dörd illik tarixində ən yaxşısıdır.
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - DOĞRU CAVAB
"Formula-1" tarixində ən varlı beş pilot açıqlandı
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Formula-1": 2026-cı ildə Bakıda keçiriləcək yarışın biletləri satışa çıxarıldı
Antiterror şəhidlərinin xatirəsinə həsr olununan cüdo çempionatı keçirilib - FOTOLAR - VİDEO
Sürücü yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Maklaren" pilotu Las Veqas Qran-prisinin sıralama turunda birinci oldu











