Reklam

“Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi start götürüb - YENİLƏNİB - FOTO

Yarışma 8 İyun 2023 12:11 Oxunub 1544
“Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi start götürüb - YENİLƏNİB - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi start götürüb.

“Report”un məlumatına görə, velosipedçilər bu dəfə Qəbələ İcra Hakimiyyətinin qarşısından mübarizəyə başlayıblar.

İdmançılar Qəbələ - Şəki - Qəbələ marşrutu üzrə 176,2 km məsafə qət edəcəklər.

Qeyd edək ki, Bakıdan Şamaxıya 150 km məsafənin qət edildiyi birinci mərhələnin qalibi Bolqarıstan millisinin üzvü Martin Papanov olub.

08:46

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı davam edir.

“Report”un məlumatına görə, bu gün turnirin ikinci mərhələsi keçiriləcək.

Velosipedçilər bu dəfə Qəbələdən yarışa start verəcəklər. 14 komandanın idmançıları Qəbələ - Şəki - Qəbələ marşrutu üzrə 176,2 km məsafə qət edəcəklər.

Qeyd edək ki, Bakıdan Şamaxıya 150 km məsafənin qət edildiyi birinci mərhələnin qalibi Bolqarıstan millisinin üzvü Martin Papanov olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh