“Formula 1” avtomobili: Komfort hansı səviyyədədir?

F1 avtomobilləri insanların marağına səbəb olsa da, bu avtomobillərlə bağlı azərbaycandilli mənbələrdə dəqiq məlumat azdır. Yanlış məlumatın isə sayı-hesabı yoxdur.
Avtosfer.az-ın xəbərinə görə, idman avtomobilində hər şey minimal kütləyə hesablanır. Konstruksiyada 1 kiloqram artıq kütlə bəzən həlledici olur. Buna görə də avtomobil maksimum yüngül hazırlanır. Kütlə limiti sürücü ilə birgə 600 kiloqramı keçmir.
Hər bir avtomobil oturuş pozasına uyğun tərtib olunur. Adi avtomobildəki kimi oturacaqları tənzimləmək mümkün deyil.
Lakin əsas məsələ bu deyil. Pilotları ən çox yoran avtomobilin çox isti olmasıdır. Şərq ölkələrində yarışlar zamanı kokpitdə (bolidin salonu) temperatur 50 dərəcə selsiyədək qalxır.
Belə bir sual ortaya çıxır: bəs kondisioner qoymaq mümkün deyilmi?
Cavab məlumdur: Əvvəla, yuxarıda qeyd etdiyimiz kimi əlavə avadanlıq həm kütləni artırır, həm də sürət və yanacaq sərfinə ciddi təsir göstərir. ən əsası isə idman bolidinin mühərriki 8 000 – 18 000 dövr/dəqiqə rejimində, tez-tez dəyişən tezlikdə işləyir. Bu rejimdə isə kondisionerin davam gətirməsi qeyri-mümkündür. Ən əsası isə, kondisionerdə baş verən nasazlıq bir komandanın yarışdan kənarda qalması ilə nəticələnə bilər.
Vüqar Yaşaroğlu
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












