“Porsche Macan T” və “BMW X3 xDrive 30i” drag yarışında savaşır - VİDEO
CarExpert adlı youtube kanalında yayımlanan videodan da göründüyü kimi drag yarışmasında bir tərəfdə “BMW X3 xDrive 30i”, digər tərəfdə “Porsche Macan T” yer alıb.
Hər iki SUV modellərinin kapotlarının altında dörd təkərə güc verən turboşarjlı 2.0 litrlik dörd silindirli mühərriklərinin olduğunu qeyd edə bilərik. Avtosfer.az xəbər verir ki, “BMW”nin güc qurğusu, 250 at gücü və 349 Nm tork istehsal edir. “Porsche”nin isə 265 at gücü və 400 Nm torkdur.
“Porsche”nin sahib olduğu ekstra gücü əlavə edərək rəqibi ilə müqayisədə daha ağır olduğunu da vurğulamaq lazımdır. Avtomobil istehsalçısı, “Macan”a olduqca luks özəlliklər verib və bununla birlikdə nəqliyyat vasitəsinin çəkisi istər-istəməz artıb. “BMW”nin boş ağırlığı 1.767 kq olduğu halda, “Porsche”nin ağırlığı 1.817 kq-dır.
Qeyd edək ki, “Porsche”nin daha ağır çəkili olmasına baxmayaraq sahib olduğu ekstra güc ilə yarışda rəqibini qabaqlayıb. CarExpert-in məlumatına görə X3, 400 metri “Porsche”nin 14.10 saniyədə keçməsinə nəzərən 14.54 saniyədə tamamlaya bilib. “Porsche”, 0-100 km/saat sürətlənməsini 5.86 saniyədə edərkən, “BMW” isə eyni sürətlənməni etmək üçün 6.49 saniyəyə ehtiyacı olub.
Nərmin Əkbər