Banner

Yarışların taleyini dəyişən avtomobil qəzası - FOTO - VİDEO

Yarışma 15 İyun 2022 09:21 Oxunub 2824
Yarışların taleyini dəyişən avtomobil qəzası - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Əslində bu yazı iyunun 12-də hazırlanmalı idi. Lakin həmin gün “Formula-1” yarışına təsadüf etdiyindən bir qədər gecikməyə qərara aldıq.
Beləliklə, Avtosfer.az avtomobil tarixində ən çox ölümlə nəticələmiş avtomobil qəzasının tarixçəsindən danışır. 
Tarix 11 iyun 1955, Fransa, Sart departamenti, Man şəhəri. 
Günortadan sonra başlayan yarışda məqsəd avtomobillərin dözümlülüyünü yoxlamaq idi. İlk dövrələrdə  hər şey qaydasında gedir. Yarışı minlərlə tamaşaçı izləyir. çəkilişi həm televiziyalar, həm də kinematoqraflar həyata keçirir. Sonuncular çəkilişi rənglikameralarla aparırlar – tarixdə qalmaq üçün. 
Jurnalist marağı güc gəldiyindən bəzi operatorlar təhlükəsizliyi unudaraq kadr tutmaq yarışına girişirlər. Hər şey qaydasında gedir. Saat 18.28-də isə hər şey dəyişir.
Uzun müddət araşdırma aparan istintaq komissiyası qəzanı belə təsvir edir: saat 18.28-də 4 avtomobil eyni vaxtda döngədən çıxır. Birincinin sürəti 175 km/saat idi. Ondan sonra gələnlər 240 km/saat sürətlə döngədən çıxır. Lakin qarşıda gedən avtomobil sürəti kəskin azaldaraq stendə daxil olmaq istədikdə faciə baş verir. Sürücülər avtomobillərini sağa və sola çəkmək istəsələr də artıq gec idi. Qəzadan yayına bilmək üçün ediləcək bir şey yox idi. Avtomobillər bir birinə yandan toqquşur və fransız pilot Pyer Leveqin “Mercedes”i digər “Mersedes”lə toqquşaraq havaya qalxır və qoruyucu səddə çırpılır. Bundan sonra avtomobil 40 metr uçaraq tamaşaçıların üzərinə düşür və alışır. 150 km/saat sürətlə izdihama çırpılan avtomobilin detalları dağılaraq ətrafa səpələnir. Kardan valı 60 metr kənarda tapılır. İlk həlak olan da da Leveq olur. 
Yarış avtomobillərindən biri də bu qəzaya görə idarəetməni itirərək tamaşaçıların üstünə hərəkət edir və 4 nəfərin həyatına son qoyur. Ümumumilikdə qəza zamanı 84 nəfər həlak olur, 180 nəfər xəsarət alır. Bu, avtomobil idmanı tarixində ən ağır qəza idi və nəticələri də ürəkaçan olmadı. 
“Mercedes” 24 saat le Man yarışından çəkildi və tədbirə 1998-ci ildə qayıtdı. “Formula-1”ə qayıdış daha gec baş verdi – 2010-cu ildə.
Bir neçə ölkə uzun müddət avtomobil yarışlarına qadağa qoydu.
Artıq avtomobil yarışlarında təhlükəsizlik başqa cür təmin olunur. Tamaşaçıları avtomobillərdən 2 cərgə hündür baryer ayırır. Bizcə bunu ayrıca yazmağa ehtiyac yoxdur. Bakı sakinləri ötənhəftələrdə baryerlərin necə montaj və demontaj olduğuna şahidlik etdilər.

 

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh