100 il əvvəl Azərbaycanda avtobus haqqında təsəvvür - FOTO

19-cu əsrin sonunda başlayan neft bumu sayəsində qısa müddət ərzində Bakının siması dəyişdi. Bura Rusiya İmperiyasının ucqarındakı tipik Şərq şəhərindən Avropa şəhərinə çevrildi. İçərişəhər metro stansiyası ətrafındakı binalara nəzər salsaq bu izləri görmək olar.
Avtosfer.az xəbər verir ki, varlanan şəhərdə ictimai nəqliyyat zərurəti də ortaya çıxdı. Artıq 1889-cu ildə cəmi 2 ilə ərsəyə gələn konka nəqliyyatı (sadə dildə desək atlı tramvay) işə düşmüşdü.
Təbii ki, ictimai nəqliyyat insanların təsəvvür və yanaşmalarını da dəyişmişdi. Bakıdakı imperator gimnaziyasında aparılan müzakirəyə diqqət etsək görərik ki, o dövrdə ziyalılar relsli nəqliyyatın əhəmiyyətini başa düşürdülər. Dərs prosesi məşhur “Əli və Nino” romanında aşağıdakı kimi təsvir edilib. Dialoq şağrd Əli xan Şirvanşirlə professor Sanin arasında gedir:
- Yaxşı, sən həqiqətən geri qalmış ölkələrdə olmusanmı? Misal üçün Tehranda?
- Bəli olmuşam? Keçən yaz oradaydım.
- Yaxşı, elə isə orada heç Avropa mədəniyyətinin böyük nailiyyətlərindən birini gördünmü? Məsələn avtomobil gördünmü?
- Bəli gördüm, özü də lap böyüyünü. Yəni otuz nəfərdən artıq adam tutan avtobusları gördüm. Bu avtobuslar şəhər içində işləmirlər. Onlar ancaq bir şəhərdən o biri şəhərə işləyirlər.
- Bu dəfə o gördüklərin avtobusdur, avtomobil deyil. Onları da İranda dəmiryolu olmadığı üçün istifadə edirlər. Buna “geri qalmışıq” deyərlər. Otur yerinə, Şirvanşir.
Bəs professor İrana münasibətdə haqlı idimi?
Azərbaycanın nəqliyyat tarixinə nəzər yetirsək Saninin birmənalı olaraq haqlı və əsaslı olduğunu deyə bilərik. 1881-ci ildə Bakı-Tiflis dəmir yolu istismara verilib. 1908-ci ildə Naxçıvan da polad magistralla tanış olub.
1920-ci ildə siyasi sistem dəyişsə də, dəmir yoluna münasibət dəyişmədi. 1923-cü ildə artıq mənəvi və fiziki olaraq köhnəlmiş konka yerini tramvaya verdi. 1926-cı ildə isə SSRİ-də və Şərqdə ilk dəfə olaraq Bakıda elektrik qatarı istismara buraxıldı.
Bu gün də işğaldan azad edilmiş Laçın və Ağdamda tramvay nəqliyyatının istismara verilməsi planları var. İctimai nəqliyyatda əsas yükün mikroavtobuslara deyil, relsli nəqliyyata verilməsi təqdirəlayidir.
Vüqar Yaşaroğlu
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı

















