Banner

140 minə yaxın piyada cərimələnib

Yazarlar 10 İyul 2014 16:03 Oxunub 4559
140 minə yaxın piyada cərimələnib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nə qayda pozun, nə də cərimə ödəyin!

 

 

«Yay gələndən bu, 3-cü piyada cəriməmdir. İstidə yolumu qısaltmaq istədim, o da mənə baha başa gəldi...»

 

58 yaşlı Fərizə Məmmədovaya sonuncu cərimə Cəfər Xəndan küçəsində yazılıb. Piyada keçidindən istifadə etmək üçün yolunu dəyişərək xeyli məsafə qət etməli olan Fərizə xanım həm vaxtına həm də səhhətinə görə belə bir addım atdığını deyib: “İstidə adam yeriyə bilmir, bunlar da elə hey cərimə yazır. Mən yazılan 3 cərimədən cəmi birini ödəyə bilmişəm. Qalan qəbzlər hələ də çantamdadır.”

 

140 minə yaxın piyada cərimələnib

 

Şəhərdə Fərizə xanım kimi çoxsaylı cərimələri ödəyə bilməyən xeyli sakin var. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Bakupost.az-a bildirib ki, təkcə ötən ilin statistikasına görə, 140 minə yaxın piyada cərimələnib: “Qanunvericiliyə görə Yol hərəkəti qaydalarını pozan piyadaların hər birinə  20 manat məbləğində cərimə yazılır. Cəriməni ödəmək üçün onlara 1 ay müddətində vaxt verilir. Piyada barəsində cərimə qərarının qanuni qüvvəyə mindiyi gündən 3 iş günü müddətində ödənilirsə, cərimə məbləğinin 10%-i məbləğində g&uuuuml;zəşt tətbiq olunur.”

 

Piyada cəriməni vaxtında ödəməkdən vaz keçsə...

 

Hüquqşünas Ərşad Hüseynov deyir ki, əgər vətəndaş cəriməni vaxtında ödəməsə, 3 aydan sonra əsas cərimə ilə yanaşı, 60 faiz miqdarında dəbbə pulu da ödənilməlidir: “Yol hərəkəti qaydalarını pozmuş piyada, sərnişin, velosipedçi və mal-qara ötürən şəxs tətbiq olunan cəriməni həmin cərimənin tətbiqi barədə qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində könüllü ödəməzsə, İnzibati Xətalar Məcəlləsinin 451.7-ci maddəsinə əsasən, hər gün üçün 1% dəbbə pulu əlavə olunur. Dəbbə pulu 2 ay müddətində əlavə olunmaqda davam edir və ən pis halda qərarın qüvvəyə minməsindən sonra 3 ayın tamamında 60 faizə çata bilər. Deməli, cəriməni vaxtında ödəməyən piyada, sərnişin, velosipedçi və mal-qara ötürən şəxs qərarın qüvvəyə minməsindən 3 ay sonra artıq əsas cərimə ilə yanaşı, onun 60 faizi miqdarında dəbbə pulunu da ödəyəcək.” Əgər piyadalar cəriməni ödəməməkdə davam edərsə, artıq cərimə barədə qərar məcburi icraya yönəldiləcək.

 

 

Maarifləndirici tədbirlər də vacibdir

 

Məcburi icranı “İcra haqqında” qanuna uyğun olaraq icra məmurları həyata keçirir. İcra məmurları həmin qanunun 43.1-ci maddəsində nəzərdə tutulan aşağıdakı məcburi icra tədbirlərindən birinin tətbiqi ilə cərimənin ödənilməsini təmin edə bilər:

a) borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi;

b) tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi;

c) tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi;

ç) icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi;

d) bu qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər.

 

Bəlkə güzəşt olsun?

 

Yol hərəkəti qaydalarını pozan piyadalara bu cür sərti cəzaların tətbiqi ilə yanaşı, maarifləndirici tədbirlər də vacibdir. Bəlkə, içtimai qınağ daha effektli ola bilər? Digər tərəfdən, gecikmiş cərimələrin vaxtında ödənişini təmin etmək üçün cərimə məbləği azaldıla da bilər. Məsələn, təqaüdçülər, tələbələr 20 yox, 10 manat cərimə ödəsin. Yaxud, ilk dəfə qayda pozanla, 3 dəfə qayda pozan arasında hər hansı fərq qoyulsun. Axı, ata-babadan “keçənə güzəşt” deyiblər. Qaldı cəriməni ödənməyib onun nə vaxtsa silinəcəyinə ümid edən piyadalara, bu güzəştlər mümkün deyil. Çünki,   İXM-in 447.1-ci maddəsinə əsasən, cərimə tənbehinin icrası müddətlə məhdudlaşmır. Ona görə də bir neçə ildən sonra da həmin cərimə məcburi qaydada həmin şəxsdən alınacaq. Yaxın gələcəkdə ölkəmizdə də cəriməni vaxtında ödəməyən şəxslərin xaricə getməsinin məhdudlaşdırılmasını nəzərdə tutan qanunvericiliyin qəbulu da müzakirə olunur.

Odur ki, diqqətli olun! Nə qayda pozun, nə də cərimə ödəyin!

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Anar 10 Noyabr 2014 22:55
Salam. Men 18 Oktyabr tarixine piyada kecidinin qadagan olundugu yerden kecdiyime gore polis emkedaslari terefinden saxlandim. ve cerime tetiq edecekelerini dediler.amma vetendasla kobud reftar elediyine gore men de cerime yazmayin odmeyeceyim dedim ve mene 310 madde ile qanuna itaetsizlik etdiyine gore 250 azn cerime yazacaqlarini dediler. men de sikayet edecem ki sioz vetendasla kobud reftar edirsiniz dedim. adim soy adimi teqdim etdim. cerime yazirdilar men de polsi emekdaslarinin yanindan ayrildim ve protokolo qol cekmedim. men sizin yazdiginiz cerimeni qebul etmirem dedim ve erzaiden ayrilidm. bele oldugda yani mene qebz verilmeden ve men protokolo hec bir imza atmadan mene cerime tetbiq oluna bilermi eger olunubsa hardan oyrene bilerem