“150, 300 min mükafat alanda deyirdilər ki, ortaya pul qoyun” - Rafael Ağayev - VİDEO

Tanınmış karateçi, 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev Azərbaycan Karate Federasiyası ilə arasında olan problemdən danışıb.
Avtosfer.az xəbər verir ki, o, Azerisport.com saytına bu barədə açıqlama verib:
“İdmançılar mənə “like” qoyanda maaşların kəsirdilər. Deyirdilər ki, “baxın Rafael çox danışır”. Deyən yox idi ki, düz danışır. Danışmalıyam da, dinləyə yox, sayan yox... Avropa, dünya çempionatı olanda zədəli-zədəli çıxıb döyüşürdüm. Bir gün ayağıma dərman istədim. Mənə bilirsiz nə dedilər? “Sən bizi bezdirmisən” cavabın verdilər. Amma o iynə mənə lazım idi. Mən onlara demədim ki, maşın alın, ev verin, zədəmi müalicə etdirmək istədim. Dedim ki, iynəni vurum ki, hambal kimi işləyim. Lakin Avropa Oyunlarında 150 min manat, İslam Oyunlarında 150 min manat, Olimpiya Oyunlarında 300 min manat qazananda dedilər ki, ortaya pul qoyun. Hamıya həmin puldan verəcəyik. Bəs, mən hazırlaşanda “hamı” harda idi?”.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











