Banner

“20 Yanvar” metrosunun çıxışındansa... – EKSPERTDƏN TƏKLİF

Yazarlar 2 Sentyabr 2024 23:06 Oxunub 758
“20 Yanvar” metrosunun çıxışındansa... – EKSPERTDƏN TƏKLİF
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son günlər “20 Yanvar” metrosunun çıxışından Sumqayıt istiqamətində gedən taksilərin yoxluğu ərazidən istifadə edən vətəndaşlar üçün problemə çevrilib. Belə ki, ümumilikdə Tbilisi prospektində yaradılan avtobus zolaqları və yolun 2-ci zolağında avtomobil saxlamanın cəriməyə səbəb olması Sumqayıta hərəkət edən taksilərin əraziyə yaxınlaşmaması ilə nəticələnib.

Avtosfer.az xəbər verir ki, Tbilisi Prospektinin Nəsimi rayonu ərazisinə düşən hissəsində uzun illərdir fəaliyyət göstərən manatlıq Sumqayıt taksiləri əraziyə çəkilən avtobus zolağı səbəbilə “yoxa çıxıb”lar.  Bu da həmin taksilərdən istifadə edən Sumqayıt sakinlərinin narazılığına səbəb olub. Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı saytımıza açıqlamasında deyib ki, ”20 Yanvar” metro stansiyası istiqamətində avtomobillərin pərakəndə və xaotik dayanması, eləcə də paytaxtdan, əsasən, Sumqayıt şəhəri istiqamətinə hərəkət edən qeyri-müntəzəm avtobuslar Tbilisi prospektinin bu hissəsində günün istənilən saatında ciddi tıxaclara səbəb olurdu və müntəzəm avtobus marşrutlarının fəaliyyətinə maneə yaradırdı. 

“Tbilisi prospektinin “20 Yanvar” metro stansiyası istiqamətində xüsusi hərəkət zolağının təşkili ilə ictimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaranıb.

Paytaxtdan Sumqayıt şəhərinə yola düşmək istəyən vətəndaşlar isə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) imkanlarından yararlana bilərlər. Məhz buradan iki şəhərin avtovağzalını birləşdirən komfortlu ekspres avtobuslar 11 dəqiqəlik hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir. Bakı-Sumqayıt şosesində yaradılan xüsusi hərəkət zolağı isə sərnişinlərin rahat və sürətli daşınmasını təmin edir. Təhlillərə əsasən, zolaqla hərəkət edən avtobusların son dayanacağa çatma müddəti 25-30 dəqiqə təşkil edir. Vətəndaşlar Sumqayıta daha tez çatmaq üçün bir dayanacaq irəli getməklə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən müasir və komfortlu “Neoplan”larla yola düşə bilərlər”. 

Qeyd edək ki, ekspres avtobuslarla yanaşı, Bakı-Sumqayıt istiqamətində gündəlik olaraq müntəzəmz marşrut xətləri üzrə 21 avtobus da sərnişinlərə xidmət göstərir. Sumqayıt şəhərinin müxtəlif ərazilərindən yola düşən avtobusların son dayanacağı da Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı “Avtovağzal” metro stansiyasıdır. Sərnişinlər avtovağzal ərazisindəki Nəqliyyat Mübadilə Mərkəzindən avtobuslarla Bakının istənilən nöqtəsinə də gedə bilərlər.

Səfər

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh