8 Noyabr prospektində yeni quraşdırılan işıqforlar nə zaman işləyəcək? – RƏSMİ AÇIQLAMA

Uzun müddətdir 8 Noyabr prospekti əsaslı təmir olunur. Yusif Səfərov küçəsindən Zığ dairəsi istiqamətində təmir işlərinə mayın 23-dən etibarən start verilib və mərhələli şəkildə işlər davam etdirilir. Prospekt boyunca 8 zolaqlı (4 gediş, 4 gəliş) hərəkət hissəsinin, ümumilikdə 10 km-ə yaxın velosiped zolağının, bufer zonasının və səkilərin tikilməsi işləri yerinə yetirilir.
Həmçinin, prospektə yol hərəkətini nizamlamaq üçün bir neçə işıqfor quraşdırılıb. İşıqforların quraşdırılmasından xeyli müddət keçsə də, işlək vəziyyətə gətirilməyib. Yeniliklərə görə, prospektin bəzi hissəsində yol hərəkətini quraşdırılan işıqforlar tənzimləyəcək. Buna görə də işıqforların işə düşməməsi sürücü və piyadaların işini çətinləşdirir.
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “Bizim.Media”ya son texniki tamamlanma işlərinin aparıldığı bildirilib:
“Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən 8 Noyabr prospekti üzrə bir neçə kəsişmədə yeni svetoforların quraşdırılması işləri görülür. Onlardan hazırda 63 saylı tam orta məktəbin yaxınlığında quraşdırılan svetofor istifadəyə verilib. Digərlərində isə son texniki tamamlanma işləri aparılır. Yaxın günlərdə həmin svetoforların işə salınması nəzərdə tutulur”.
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq










