Abşeronda bir qrup sakin yollarının bağlandığını iddia edirlər - VİDEO

Abşeron rayonu, Məmmədli qəsəbəsi, Mənsur Şirinov küçəsində yaşayan sakinlərin illərdir istifadə etdikləri yol bağlanıb. Hazırda onlar məcburiyyətdən mərkəzə getmək üçün uzun yol qət etməli olurlar. Avtosfer.az-ın məlumatına görə, onlar iddia edirlər ki, hər gün yüzlərlə adamın gəlib-getdiyi yol 10 gündən çoxdur, bağlanıb. Buna səbəb isə həmin ərazinin yerli bələdiyyə tərəfindən satılmasıdır. İndi sözügedən yola qum tökülüb, ətrafı isə çəpərlənir. Yolun bağlanması ərazidə yaşayan yüzlərlə sakinin işini çətinləşdirib. İndi onlar məktəbə, marketə, işə, idarəyə getmək üçün xeyli yol qət edirlər.
Məsələ ilə bağlı Məmmədli kənd bələdiyyəsindən bildirildi ki, sakinlərin şikayətinin heç bir əsası yoxdur və orada yolun bağlanmasından söhbət gedə bilməz.
“Həmin ərazi fərdi şəxsə məxsusdur və əlində xüsusi mülkiyyəti var. Həmin şəxs 5 il müddətində kənddə yaşamayıb. İndi qayıdıb və öz ərazisinə sahib çıxıb. Yəni ərazidə qanunsuz heç bir iş aparılmayıb. Bağlandığı iddia edilən ərazi isə ümumiyyətlə yol deyil, xüsusi mülkiyyətidir”,- deyə bələdiyyədən bildirildi. Alternativ yolun açılıb-açılmayacağı ilə bağlı suallarımız isə cavabsız qaldı.
Daha ətraflı videomaterialda.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











