Ağ şəhərdə sakinlər asayişin pozulmasından boğaza yığılıblar - DİN-dən AÇIQLAMA - VİDEO

Xətai rayonu, Ağ şəhər ərazisində gecə saatlarında ictimai asayişin pozulması halı ilə bağlı sakinlər narazılıq edirlər. Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a danışan sakinlərin sözlərinə görə, demək olar ki, hər axşam eyni vəziyyət təkrarlanır.
Bir neçə avtomobil musiqiyə yüksək səs verərək ərazidə yaşayanların narahatlığına səbəb olurlar.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
***
Xətai rayonu, Ağ şəhər ərazisində gecə saatlarında ictimai asayişin pozulması halı ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) açıqlama verib. DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, Xətai rayonu, Ağ şəhər ərazisində gecə saatlarında səs-küy və ictimai asayişin pozulması ilə bağlı məsələ nəzarətə götürülüb.
Məlumatda vurğulanıb ki, polis əməkdaşları tərəfindən sözügedən ərazidə profilaktik tədbirlər gücləndirilib:
"Sakinlərin rahatlığının qorunması, həmçinin avtomobillərdə yüksək səsyayıcı cihazlardan və musiqidən istifadənin qarşısının alınması məqsədilə tədbirlər görülür".
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











