Ağ Şəhərdə vətəndaşların şikayət etdiyi yol quruluşu - RƏSMİ AÇIQLAMA - VİDEO

Həmin ərazidə müvafiq dövlət qurumları ilə razılaşdərılmış şəkildə geridönmə hissə yaradılıb ki, nəqliyyat vasitələri əlavə məsafə qət etmədən rahat şəkildə geridönmə əməliyyata edə bilsinlər. Avtosfer.az “Baku.ws”ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki geridönmə əməliyyatını təhlükəsiz şəkildə yerinə yetirmək üçün əlavə hərəkət zolağı təşkil olunub. Hərəkət trayektoriyasına uyğun ərazidə hərəkət zolaqları tənzimlənib. Sürcülər yol hərəkəti qaydalarına riayət etməklə ərazidə hərəkət istiqamətlərinə uyğun rahat və təhıükəsiz şəraitdə hərəkət edə bilirlər. Ərazidə qəza riski yalnız hərəkət qaydalarına riayət edilmədikdə baş verə bilər.
***
Bakının Ağ Şəhər ərazisində, Nizami Gəncəvi parkına aparan yolda sürücüləri narahat edən təhlükəli vəziyyət yaranıb.
Sözügedən yolun kənarı çox kəskin şəkildə qırağa çıxıb və burada döşənmiş bərk səki daşı səbəbindən qəza riski yüksəkdir. Müraciətdə qeyd olunur ki, bu yolun quruluşu bir çox sürücünü çaşdıra və qəza ilə nəticələnə bilər:
"Artıq burada bir neçə dəfə qəza baş verdiyinin şahidi olmuşam. Xahiş edirik məsələ işıqlandırılsın və müvafiq qurumlar tədbir görsün".
Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, ola bilər həmin ərazidə piyada keçidi var, bu səbəbdən onların təhlükəsizliyi üçün səki bu formadadır.
Nəqliyyat eksperti Elməddin Muradlı isə bunun müasir şəhərsalma qaydalarına uyğun olduğunu, geriyə dönmə yeri kimi inşa edildiyini və bu çox normal hal olduğunu bildirdi.
Görüntünü təqdim edirik:
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










