Ağırtonnajlı avtomobillər üçün qoyulan tərəzilər – rüşvət yeri, yoxsa…

Yollarda ağırtonnajlı nəqliyyat vasitələrinin hərəkətinə icazə verilsə də, müəyyən tələbləri pozma halları da müşahidə olunur. Belə ki, Tərəzi Nəzarət Məntəqələri fəaliyyət göstərdiyi halda, onların işlək vəziyyətdə olmadığı söylənilir. İddialara görə bəzi ağırtonnajlı nəqliyyat vasitələrinə yükləri ilə birgə müəyyən məbləğ qarşılığında hərəkət etmələri üçün icazə verilir.
O zaman Tərəzi Nəzarət Məntəqələri necə fəaliyyət göstərir? Yollarda ağırçəkili nəqliyyat vasitələrinə nəzarət necə həyata keçirilir?
Avtosfer.az xəbər verir ki. “Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli Modern.az-a açıqlamasında deyib ki, Tərəzi Nəzarət Məntəqələri haqqında deyilənlərin əsası yoxdur.
“İstər Bakı-Ələt-Qazax, istərsə də Bakı -Quba-Rusiya sərhəddində avtomobil yolu istiqamətlərində Tərəzi Nəzarət Məntəqələri fəaliyyət göstərir. Həmin məntəqələrdə normadan artıq yüklənmiş yük maşınları yoxlanılır. Əgər yükləri normadan artıqdırsa, elə oradaca boşaldılır.
Bu da yalnız yol-polisləri tərəfindən həyata keçirilir. “Azəravtoyol” ASC-nin əməkdaşlarının yük maşınlarını saxlamağa ixtiyarı yoxdur. Əgər hər hansı şübhə varsa, dərhal bizim Tərəzi Nəzarət Məntəqələrinə yönəldilir. Yük varsa, yerindəcə boşaldılır və yol polisi tərəfindən də qanuna müvafiq olaraq cəriməsi yazılır. Ondan sonra yük maşının yenidən hərəkətinə icazə verilir”.
Qurum rəsmisi deyir ki, Tərəzi Nəzarət Məntəqələrinin fəaliyyətinə şübhə edənlər proseslə iş başında tanış ola bilərlər.
“Əgər hər hansı bir sürücü bu işə şübhə ilə yanaşırsa və tərəzilərin düzgün işləmədiyini düşünürsə proseslə yerindəcə tanış ola bilər.
Yol polisi tərəfindən saxlanılan hər hansı bir sürücü tərəzinin düzgün işləmədiyini deyə bilməz. Hər bir adam tərəzini yerində gedib yoxlaya bilər və necə işlədiyini görə bilər.
Əgər hər hansı bir sürücünün narazılığı varsa, müraciət etsin və məsələ araşdırılsın. Yenə təkrar edirəm ki, yük maşınları bizim tərəfimizdən saxlanılmır. Yol polisləri tərəfindən saxlanılır və bizim Tərəzi Nəzarət Məntəqələrinə yönəldilir və orada yoxlanılır. Əgər yük çoxdursa boşaldılır və cərimə yazılır”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










