Aİ-92 markalı benzinin qiyməti ilə bağlı MÜHÜM XƏBƏR

Azərbaycana benzin idxalının artmasının səbəbi məlum olub. Məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub. Maliyyə naziri Sahil Babayev bildirib ki, idxalın artmasına Neft Emalı Zavodunun ötən il keçirilən beynəlxalq tədbirlərlə əlaqədar təxminən iki ay müddətinə fəaliyyətini dayandırması səbəb olub. Nazir qeyd edib ki, məhz bu dövrdə daxili tələbatı qarşılamaq məqsədilə Aİ-92 markalı benzin idxal edilib. Onun sözlərinə görə, məsələ ilə bağlı daha dəqiq məlumatı SOCAR təqdim edə bilər.
Maraqlıdır, ölkəyə benzin idxalının artması qiymətlərə təsir edə bilərmi?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "News24.az"a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, benzin qiymətləri böyük ehtimalla inflyasiya dərəcəsinə uyğun şəkildə müəyyənləşdiriləcək:
"Azərbaycanda inflyasiyanın əvvəlki proqnozlardan daha yüksək olacağı gözlənilir. Hökumətin və Mərkəzi Bankın rəsmi proqnozlarında da müəyyən fərqlər mövcuddur. Lakin real vəziyyətə gəldikdə, bəzi göstəricilər nəzərəçarpacaq dərəcədə fərqli mənzərə ortaya qoyur. Bizdə əsas problem ondan ibarətdir ki, inflyasiyanın hesablanma mexanizmində yeni metodoloji yanaşmalara ehtiyac var”.
Natiq Cəfərli vurğulayıb ki, hazırda Azərbaycanda inflyasiya səviyyəsi mal və xidmətlərin geniş siyahısı əsasında hesablanır. Bu siyahıda yüzlərlə məhsul və xidmət əhatə olunur. Lakin insanların gündəlik həyatına birbaşa təsir edən məhsullar – əsasən də ərzaq, kommunal xidmətlər və yanacaq bu hesablama sistemində real çəkisini tam əks etdirmir:
“Əsas diqqət gündəlik tələbat mallarına yönəlməlidir. Çünki vətəndaşlar məhz bu məhsulların qiymətindəki artımı daha çox hiss edirlər. Təəssüf ki, bu artımlar ümumi inflyasiya göstəricilərində kifayət qədər nəzərə çarpmır. Nəticədə inflyasiyanın rəsmi rəqəmləri real vəziyyətdən aşağı göstərilə bilər”.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










