"Allah ümidinə" qalan 55 saylı marşrut - “Sürücü telefonla danışır, üstəlik avtobus yararsız haldadır” - VİDEO

Sürücü telefonla danışır... Üstəlik avtobus istismara yararsız halda olduğundan sərnişinlər narahatdır...
Avtosfer.az xəbər verir ki, söhbət Sabunçu dəmir yolu vağzalının qarşısından yola düşən 55 nömrəli marşurut avtobusundan gedir. Avtobusun "allah ümidinə" getdiyini desək yanılmarıq. Görüntülər sərnişinlər tərəfindən qeydə alınaraq qaynar xəttimizə göndərilib.
Sərnişinlər bildirib ki, avtobuslar yararsız halda olduğundan mənzil başına çatmaq həm təhlükəli, həm də çətindir.
Onlar bildiriblər ki, ərazidə faəliyyət göstərən digər xətlər üzrə avtobuslar hamısı yenilənib. Yalnız 55 nömrəlidən başqa...
Vəziyyətlə əlaqədar Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, 55 nömrəli marşrutun daşıyıcısına avtobus parkının yenilənməsi barədə tapşırıq verilib. Nəqliyyat vasitələri yenilənməyəcəyi təqdirdə marşrut xətti müsabiqəyə çıxarılacaq. Müntəzəm marşrut xətti üzrə sərnişin avtobusunu idarə edən sürücünün sükan arxasında telefondan istifadə etməsi qayda pozuntusu olmaqla yanaşı daşımaların təhlükəsizliyi baxımından da risk yaradır.
Qeyd olunan qayda pozuntularına qarşı inzibati tənbeh tədbirinin görülməsi AYNA-nın səlahiyyətinə aid olmasa da, sözügedən marşrut xətti üzrə daşıyıcıya məsələni araşdırıb və sürücü barədə müvafiq tədbirin görülməsi, eyni zamanda sərnişindaşına normalarına riayət etməsi barədə tapşırıq verilib.
Daha ətraflı videomaterialda.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










