Reklam

Alternativ nəqliyyat vasitəsi, yoxsa ölümə yuvarlayan araba?

Yazarlar 19 İyun 2021 19:37 Oxunub 1870
Alternativ nəqliyyat vasitəsi, yoxsa ölümə yuvarlayan araba?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İnkişaf etmiş ölkələrdə "scooter" artıq alternativ və yaşıl nəqliyyat vasitəsi kimi qəbul olunub. Qonşu ölkələrdə də (Türkiyə, Rusiya, Gürcüstan ) "scooter"dən istifadə edənlərin sayı durmadan artır. Son zamanlar Bakı küçələrində biz də onu tez-tez görürürk. "Scooter" nədir və necə çalışır ?

"Qafqazinfo" xəbər verir ki, "scooter" dedikdə ikitəkərləri, özü dığırlananan arabaları nəzərdə tutururq. Məlum olduğu kimi, “scooter” ingilis sözüdür, “cəld və ya iti qaçan” mənası verir. Rusiyada onu “samokat”, Türkiyədə isə “yuvarlanan araba” adlandırılır. Azərbaycanda onu “özüyürüyən” və ya “özüyürüyən araba” adlandırmaq olardı, amma hələ bu avadanlıq üçün konkret ad müəyyənləşməyib.

"Scooter" mühərrikli, mexaniki və elektro olur. Biz bu məqalədə son vaxtlar çox populyarlaşan elektro "scooter"lərdən bəhs edəcəyik.  Onların qiyməti 700-2500 AZN arasındadır. 

"Scooter"lərin maksimum sürəti 25 km/saatdır. Amma enişdə onun sürəti 60 km/saata kimi qalxa bilir. Mexaniki "scooter"lər azyaşlılar arasında həmişə populyar olub. Lakin bunların “elektrikləşməsi” ona yeni nəfəs verib. Bundan sonra onlar əsl nəqliyyat vasitəsinə çevriliblər. Bu minik vasitəsiylə tıxaclardan rahat yan keçmək olur. Bir dəfə enerji doldurmaqla 20 km məsafə qət etmək olur. Müasir "scooter"ler çox kompakt və yüngüldur, onlar həm də qatlanır. Ona görə də onları avtobusda, liftdə daşımaq, evə qoymaq çətinlik yaratmır. Onu ev, ofis və kafelərdə də enerji ilə doldurmaq olur. Parkinq yeri və haqqı tələb etmir. Qiyməti də əlçatandır. Sadalanan bu üsütünlüklər, üstəgəl pandemiya şəraitində ictimai nəqliyyata məhdudiyyətlərin tətbiqi, "scooter"i ən sevimli nəqliyyat vasitəsinə çevirib.

Amma "scooter"in sayının belə dinamik artması şübhəsiz ki, problemlər də yaradır. Artıq "sccoter"lərin aşması, avtomobil və piyadalarla toqquşmasına dair məlumatlar artmaqdadır. Bu minik vasitəsinin iştirakı ilə baş verən qəzalarda ölən və yaralananların sayı artmaqdadır. 

Bakı küçələrində, səkilərində və parklarında da, biz xaotik hərəkət edən scooterçiləri görürürk. "Scooter" istifadə edən şəxs yol hərəkət iştirakçısı sayılmalıdır. Ancaq bununla bağlı hər hansısa bir qayda qəbul olunmayıb. İndiyə kimi moped və velosipedlər küçə və səkilərdə qaydasız yürüryürdü. İndi onların sırasına hərəkət etmək üçün heç bir infrastrukturu olmayan "scooter"lər də əlavə olundu. Bu isə öz növbəsində bütün yol hərəkət iştirakçıları üçün risklərin artması deməkdir.  Rusiyada "scooter"in iştirak etdiyi qəzadan 5 nəfər vəfat edib, 10 nəfərə yaxın şəxs yaralanıb. Türkiyədə isə scooterlə hərəkət edən 17 yaşlı gənc avtomobillə toqquşub. Nəticə yeniyetmə oğlan aldığı bədən xəsarətləri nəticəsində hadisə yerində dünyasını dəyişib.

Artıq, Moskva və Sankt-Peterburq şəhərlərində bu nəqliyyat vasitəsindən istifadəyə müəyyən məhdudiyyət qoyulub. "Scooter"in kirayəsi ilə məşğul olan firmalardan onun sürətinin 15 km/saata kimi azaldılması və yalnız 18+ yaşlılara kirayə verilməsi tələb kimi qoyulub. Məhdudiyyətlərin bir qədər də sərtləşəcəyi gözlənilir.

Ekspertlər hesab edir ki, bu kimi hadisələrin Azərbaycanda da təkrarlanmamsı üçün qaydalar müəyyən olunmalıdır. Onun sürəti azaldılmalıdır, hərəkətin intensiv olduğu yerlərdə onun istifadəsinə qadağa qoyulmalıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh