Ara məsafəsi saxlamayan sürücülərə cərimə yazmaq üçün çarə tapıldı – FOTO

Yol hərəkəti təhlükəsizliyinin əsas elementlərindən biri də ara məsafəsidir. İstər beynəlxalq, istərsə də milli qanunvericiliyə görə, ara məsafəsi qəzadan yayınmanı təmin edəcək qədər olmalıdır. Yəni minimum 2 saniyədə gediləcək yol. Misal üçün 50 km/saat sürətdə təhlükəsiz hədd 28 metrdir. Sovet təlimçiləri deyirdilər ki, sürücü qarşıda gedən avtomobilin təkərini görməlidir.
Sürəti ölçmək asan olsa da, distansiyaya görə çox vaxt qayda pozan sürücünü cəzalandırmaq mümkün olmurdu. İndi çarə tapılıb. Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, yeni texnologiya nümunəsi olan distansiya radarı işin öhdəsindən gəlir. Bəs sistem necə işləyir?
Fransa istehsalı olan Mesta Fusion tipli radar 36 meqapiksel kamera ilə təchiz olunub və daha hündürdən asılır. Cihaz 2 avtomobilin arasındakı məsafəni və sürətlərini ölçərək qayda pozuntusunu müəyyən edir. Bir cihaz 8 avtomobili eyni anda bir neçə yüz metr məsafədə nəzarətdə saxlaya bilir. Bununla həm də xətti lüzumsuz dəyişən, təhlükəli ötmə edən və ya qəza şəraiti yaradan nəqliyyat vasitələrini aşkar etmək asandır.
Fransada bu qayda pozuntusu ilk dəfə 3 bal və 135 avro cərimə ilə cəzalandırılır. Ay ərzində təkrar qayda pozuntusunda cərimə 375 -750 avro arası dəyişir. Bununla bağlı il ərzində 3 qayda pozuntusunda sürücülük vəsiqəsi ləğv olunur. Yenidən oxumaq üçün bir neçə il gözləmək lazım gələcək (baxır hakimin insafına).
İsveçrə polisi də bu məsələdə “insaflı” davranmır. Distansiya xətasına görə 500 frankla (təxminən 500 dollar) yaxa qurtarmaq mümkündür. Bəzi kantonlarda əlavə olaraq sürücülük hüququ 3 ay məhdudlaşdırılır.
Son aylarda böyük Avropa şəhərlərində yan distansiyanı ölçən radarlar da test rejimində sınaqdan çıxarılır. Bu məsafə elə seçilməlidir ki, nəqliyyat vasitəsinin qapısı digər avtomobilə toxunmadan tam açılsın. Problem əsasən şəhərlər üçün aktualdır.
Bəlkə də kiməsə təəccüblü gələ bilər, amma bu sətirlərin müəllifi yan distansiya ilə bağlı problemin şahidi olub. Şərifzadə küçəsindən “Günəş” petrola dönməyə icazə verilən dövrdə avqust ayında avtobusda tıxaca görə 1 saatdan çox gözləməyə məcbur olduq. Sürücü qapını açsa da, nəqliyyat sıxlığına görə heç kim düşə bilmədi. Belə vəziyyətdə avtobusda yanğın baş verərsə faciənin nəticəsi necə olacaqdı? Qəza olsa bura nə FHN, nə də həkimlər yaxınlaşa bilməyəcəkdi.
Əziz oxucular! Çoxları deyir ki, Avropada maşın sürmək çox asandır, çünki hamı qaydalara əməl edir. Bu intizamın kökündə milli mentalitetlə yanaşı, iqtisadi faktor da dayanır. Heç kim aylıq gəlirinin yarısını cərimə kimi ödəmək istəməz. Burada vətəndaşlıq mənsubiyyəti ciddi rol oynamır.
P.S. Bəs bizdə belə radarlar mövcud olsa Bakıda hər gün neçə sürücüyə protokol tərtib etmək olar? Cavab ritorikdir.
Vüqar Yaşaroğlu
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı














