Avropa Oyunlarından sonra dəyişiklik olacaq? – Sürücülər üçün VİDEO

Avropa Oyunları ərəfəsində tətbiq edilən məhdudiyyətlərdən biri də rayondan gələn avtomobillərin şəhərə buraxılmaması oldu. Bu məqsədlə Bakı-Ələt yolunda və Xırdalan dairəsində pulsuz dayanacaqlar yaradıldı.
Tətbiq edilən qadağa həmin sürücülər üçün çətinliklər yaratsa da, bir sıra müsbət təsirlərini də gördük. Paytaxtın bir sıra küçələrində saatlarla müşahidə etdiyimiz tıxaclar demək olar ki, sıfra enib.
Həmçinin şəhər havasının ekoloji durumu da xeyli yaxşılaşıb. Çünki avtomobildən atomosferə qarışan tullantılar iqlim dəyişmələri ilə yanaşı insan sağlamlığına da mənfi təsirini göstərir.
Ekoloq İslam Mustafayevin sözlərinə görə, tıxaclar olmadığı təqdirdə maşınlardan çıxan tullantıların miqdarı da az olacaq: "Ekoloji baxımdan bu çox mühüm əhəmiyyət kəsb edir. 70 faiz tullantı avtombillərdən atmosferə qarışır. Avtomobilin sayı az olsa, çirklənmə də az olacaq, şəhərin insanları sağlam həyat tərzi sürəcək”.
Əslində, bu praktika dünyanın bir çox ölkələrində tətbiq edilir. Məsələn, Londonda şəhərin mərkəzində hərəkət üçün avtmobillərin xüsusi lisenziyası olmalıdır. Lisenziyası olmayan maşınlar axşam saat 8-dən səhər saat altıya qədər şəhərə daxil ola bilər.
Gündüz sərbəst hərəkət etmək istəyənlər isə lisenziyanı almaq üçün nə az, nə çox 5 min funtsterlinqindən keçməlidirlər. Buna isə hər bir şəxsin imkanı çatmadığından öz avtomobillərini çox ucuz qiymətə dayanacaqlarda park edib metrodan istifadə edirlər.
Ekspert Ərşad Hüseynovun fikrincə, maşınların şəhərə buraxılmaması bizdə də tətbiq edilə bilər. Amma inzibatçılıq deyil, könüllülük prinsipi əsasında: “Şəhərdaxili nəqliyyat elə bir səviyyədə olmalıdır ki, istənilən fərdi nəqliyyat sahibi könüllü olaraq öz avtomobili ilə şəhərdə gəzməkdən imtina etsin və ictimai nəqliyyata üstünlük versin. İctimai nəqliyyata keçdikdə o bilsin ki, parklanma ilə bağlı problem olmayacaq. Tutaq ki, nəqliyyatda gediş haqqı ucuzdur, istənilən yerə gedə bilir, xidmət yüksək səviyyədədir və s. İkincisi də fərdi avtomobilini şəhərin girəcəyində saxlamağa yer olmalıdır. Belə ki, fərdi avtomobil sahibi avtomobilinin günəşin, toz-torpağın içinə atıb getməməlidir”.
Ekspertin fikrincə, bunun üçün ilk növbədə şəhərin girinişndə daha səliqəli və atomobillər üçün təhlükəsiz dayanacaqlar yaradılmalıdır. Bu dayanacaqlar isə maşınlar üçün parkin haqqı çox ucuz olmalıdır. Hər halda bütün bunar təkliflərdir. Bu təkliflərin nə dərəcədə real ola biləcəyini zaman göstərəcək.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










