Avtobus sürücüləri DYP-ni saymır

Respublikamızda sərnişindaşıma sahəsində problemlər qalmaqdadır. Bu ilin 7 ayı ərzində Bakı şəhəri ərazisində avtobusların iştirakı ilə 36 yol qəzası baş verib. Nəticədə 21 nəfər ölüb, 56 nəfər yaralanıb. Paytaxtda avtobus sürücülərinə qarşı keçirilən reyd zamanı bir gündə 100-dək avtobus cərimə meydançasına aparılıb. Reyd zamanı məlum olub ki, avtobuslara məxsus qeydiyyat şəhadətnamələrinin olmaması halları həddindən artıq çoxdur. Bundan əlavə elektron qaydada yazılan cərimələrin vaxtında ödənilməməsi, müvafiq kateqoriyası və sürücülük vəsiqəsi olmadan avtobus idarə edilməsi faktları da üzə çıxıb. Bütün bunlara görə gün ərzində 100-dən artıq avtobus Bakının 7 cərimə meydançasına yığılıb. Bu dəfə də hər bir avtobus sürücüsü barədə inzibati protokol tərtib olunub.
Avtobus sürücüləri isə bildirir ki, gecikdirilən cərimələr var. Həmin cərimələri sürücü yox, şirkət ödəməlidir. Amma maraqlıdır ki, 2-3 il keçməsinə baxmayaraq, həmin cərimələr ödənilməyib. Əgər aidi vətəndaş cəriməni ödəmirsə, ən sərt addımlar atıldığı halda, avtobuslara qarşı nədən bu addımlar atılmır.
Məsələyə münasibət bildirən hüquqşünas Ərşad Hüseynov deyir ki, avtobus sürücülərinin cərimələri ödəməməsi adi hal alır: «Hazırda Azərbaycanda ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı yalnız bir söz işlətmək olar- biabrçılıq. Həm kadr, həm idarəetmədə bıçabrçılıqdır. Sahibkarların əksəriyyəti o qənaətdədir ki, nə bilirsən elə, sadəcə pul gətir. Belə düşüncədə olanlar üçün ödənilməmiş cərimənin qalması çox xırda məsələdir. Bəziləri isə şantaj edir. May ayında qanunvericiliyə edilən dəyişikliklərdən sonra artıq şirkətlərin avtomobilləri cərimənin ödənilməməsinə görə saxlanılmayacaq. Sürücü cərimə edilərkən özü bu barədə şirkətə məlumat verməlidir. Əgər sürücü cərimə edilibsə və cəriməni ödəmirsə, həmin sürücü saxlanılaraq cərimə alına və ya həmin şəxs sürücülük hüququndan məhrum edilə bilər».
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə deyir ki, cərimələrlə bağlı heç bir sürücüyə fərq qoyulmur: «Əgər yazılmış cərimə gecikməyə görə faizi ilə birgə ödənilmirsə, həmin avtomobilin yol hərəkətinə məhdudiyyət qoyulur. Avtomobil duracağa yerləşdirilir. Bu o vaxtadək davam edir ki, avtomolbilin sürücüsü həmin cəriməni dövlət büdcəsinə ödəyir. Eyni zamanda həmin sürücünün sürücülük hüququndan məhrum edilməsi məsələsinə də baxıla bilər. Əgər duracağa aparılan avtomobillər buraxılıbsa, demək cərimələr ödənilib. Atıq belə bir təklif də irəli sürülür ki, avtobus sürücülərinə təyin edilən cərimələr həmin sürücünün çalışdığı şirkət tərəfindən ödənilsin».
Ucnoqta.az
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











