Reklam

Avtobus zollaqlarındakı anlaşılmazlıqlar... – Ekspert çıxış yolunu AÇIQLADI - VİDEO

Yazarlar 12 Dekabr 2024 21:27 Oxunub 1270
Avtobus zollaqlarındakı anlaşılmazlıqlar... – Ekspert çıxış yolunu AÇIQLADI - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dairəyə daxil olmaq üçün sağ zolağa keçmək lazımdır, lakin yolda qırıq–qırıq xətt çəkilmədiyindən sağa dönmək yalnız zolaq bitdikdən sonra mümkün olur.

Avtosfer.az xəbər verir ki, görüntülər 8 noyabr prospektinin Nargilə dairəsi kimi tanınan ərazisindəndir.

Prospektdən yol ayrıclarına daxil olmaq üçün də bir qayda olaraq ən sağ zolaqda hərəkət edən avtobusları gözləyib sonra hərəkəti davam etmək olur.

Sürücülər deyir ki, hərəkətin belə təşkil olunması sıxlığa və qəzalara səbəb olur.

Nəqliyyat eksperti Ərşad Hüseynov bildirir ki, yol nişanlanmasının beynəlxalq standartları mövcuddur və bunlara mütləq riayət olunmalıdır. Azərbaycanda sağ tərəfli hərəkət istiqaməti olduğundan, dayanacaqlar, avtobusun qapıları və avtobus zollaqları yolun hərəkət istiqamətinin sağında yerləşir. Sağa dönmək istəyən nəqliyyat vasitələri üçün isə, standartlara uyğun olaraq qırıq xətlər çəkilməlidir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat agentliyindən bildirildi ki, “COP29 xüsusi hərəkət zolaqları” tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirib. Sürücülər bu zolaqlara daxil ola bilər.

Daha ətraflı videomaterialda.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh