Reklam

Avtobuslar niyə çirklidir? – ARAŞDIRMA

Yazarlar 23 Yanvar 2020 11:04 Oxunub 1453
Avtobuslar niyə çirklidir? – ARAŞDIRMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İctimai nəqliyyat daha təmiz saxlanmalıdır

Vətəndaşlar avtobusların çirkli olmasından tez-tez şikayət edir. İstər köhnə, istərsə də yeni avtobusların natəmiz olması insanların narazılığına səbəb olur. Avtobusların salonlarında təmizliyə riayət edilmir. Halbuki, onlar hər gün marşrutlara buraxılmazdan əvvəl salonları təmizlənməli, lazım gəldikdə yuyulmalıdır.

Sərnişinlər də ictimai nəqliyyatda müşahidə olunan vəziyyəti görüb sanki şəraitə uyğun hərəkət edirlər. Avtobusun salonlarının təmiz olmaması sərnişini də bir çox hallarda içərini zibilləməyə təhrik edir.

Qanunvericilik nə deyir?

Azərbaycan Respublikasının Nazirlər Kabineti «Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları»nın təsdiq edilməsi haqqında 141 №-li qərarında qeyd edilir ki, daşıyıcı şirkət avtobusların təmiz saxlanmasına cavbdehdir. Eyni zamanda sərnişinlərə avtobusu zibilləmək qadağandır. Bununla bağlı bütün detallar ən incəliyinə qədər Qərarda öz əksini tapır.

Daşıyıcı şirkətlər sərnişin avtonəqliyyat vasitəsini vaxtlı-vaxtında tələb edilən texniki və sanitar tələblərinə uyğun vəziyyətdə təqdim etmək, istifadəsində olan avtonəqliyyat vasitələrinin ekoloji və sanitariya-gigiyena normalarına riayət etmək kimi məsuliyyətlər daşıyır.

Eyni zamanda sərnişin də avtonəqliyyat vasitəsinin salonunu zibilləyə, avtonəqliyyat vasitəsinin salonunda siqaret çəkmək, digər sərnişinlərin geyimlərini və ya sərnişin avtomobil nəqliyyatı vasitəsinin salonunu çirkləndirə bilən paltarda olmaq və ya çirkli əl yükünü apara bilməz. Bu qaydaların tələblərinin pozulmasına, görə də sərnişinlər məsuliyyət daşıyır.

İctimai nəqliyyat daha təmiz saxlanmalıdır - Ekspert

Ekspert Elməddin Muradlı Nəqliyyat.az-a bildirib ki,  bildirib ki, avtobus ictimai nəqliyyat növü olduğu üçün burda xidmətlər standartlara uyğun göstərilməlidir. “Avtobusların həm daxili, həm də xarici görünüşü təmiz saxlanmalı, gigiyenik qaydalara uyğun olmalıdır. Yağışlı hava olanda bunu başa düşmək olar. Amma son dayanacağa çatdıqda avbosunun şüşələri, nömrə nişanını təmizləmək və yenidən xəttə çıxmaq daha məqsədəuyğundur.”

Ekspert bildirib ki, bəzi avtobuslar qaraja getmədiyi üçün küçələrdə saxlanılır və səhər də elə çirkli vəziyyətdə əhaliyə xidmət göstərməyə başlayırlar. “Buna ciddi nəzarət olmalıdır. İctimai nəqliyyat daha təmiz saxlanmalıdır. Çünki bu müxtəlif xəstəliklərin yayılmasına səbəb ola bilər.”

Ümumiyyətlə avtobusun çirkli olması sərnişin üçün diskomfortdur. Çirkli avtobus olmamalıdır. Buna riayət etməyənlər üçün İnzibati Xətalar Məcəlləsində konkret məsuliyyət nəzərdə tutulub. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 217-ci maddəsində göstərilir ki, nəqliyyatda sanitariya normalarına və qaydalarının gigiyena normativlərinin pozulması maddəsi ictimai nəqliyyata aiddir. Bu qaydanı pozan şəxslər 70 manatdan 100 manatadək cərimələnir.

Amma unutmayaq ki, bir avtobusdan gün ərzində yüzlərlə sərnişin istifadə edir. Avtobusların təmizliyi həm də gün ərzində ondan istifadə edənlərin təmizliyə riayət etmələrindən də asılıdır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh