Avtobuslarda əlillər üçün pandusları kim açmalıdır?

Əlil arabasında avtobusa minmək istəyən sərnişinə sürücünün kömək etməməsi və onu dayanacaqda qoyaraq getməsi ciddi ictimai rezonansa səbəb olub. İctimaiyyət haqlı olaraq sürücünün bu hərəkətini qınayır. Amma Avtosfer.az xəbər verir ki, burada günah təkcə bu sürücüdə deyil. Problem mövcud qanunvericilikdədir.
Məlumat üçün bildirirəm ki, ölkəmizdə avtobusla sərnişin daşımanın qaydaları Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu ildə qəbul etdiyi qərarla tənzimlənir. Həmin qərarla təsdiq olunan qaydalarda avtobusdakı pandusların kim tərəfindən açılmalı olması və əlil arabasında olan sərnişinə kimin yardım etməsi məsələsi açıq qalıb. Görünür, həmin qaydalar hazırlanarkən belə problemi qabaqcadan görən olmayıb. Ona görə də qanunvericilikdə bu boşluq yaranıb. Yəqin, bu hadisədən sonra problem aradan qaldırılar.
Lakin ölkəmiz BMT-nin 2006-cı ildə təsdiq etdiyi “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub. Həmin Konvensiya üzv dövlətlərdən əlillər üçün bütün sosial nemətlərdən yararlanmağa imkan verən şərait yaratmağı, müvafiq tədbirlər görməyi tələb edir. Ona görə də bizim qanunvericilikdəki bu boşluq tezliklə aradan qaldırılmalıdır.
Problemin həlli isə xarici ölkələrin, o cümlədən qonşu Rusiyanın, Qazaxıstanın təcrübəsi nəzərə alınmaqla həll edilməlidir. Bu ölkələrin qanunvericiliyinə əsasən, əgər əlil arabasında olan sərnişini müşayiət edən və ya ona könüllü yardım edən şəxs yoxdursa, onun pandusla avtobusa minməsini və düşməsini sürücü həyata keçirməlidir. Bunu etməyən sürücüləri cəzalandırırlar.
Bu məsələ həm də mənəvi məzmuna malikdir. Yəni mövcud qanunvericiliyimizdə boşluq olsa da, heç kəs bundan sui-istifadə etməməlidir. Məncə, normal mənəvi dəyərlərin daşıyıcısı olan sürücü avtobusa minmək istəyən əlili dayanacaqda qoyub getməz.
Ərşad Hüseynov,
hüquqşünas
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq








