Avtobuslarda şagirdlər üçün güzəşt tətbiq oluna bilər...

Şagirdlər arasında yaşadıqları yerdən uzaq məsafədə yerləşən məktəblərdə təhsil alanların sayı az deyil. Onların arasında məktəbə valideyni ilə birlikdə gedənlər də çoxdur. Belə olan halda, gün ərzində ictimai nəqliyyata kifayət qədər çox vəsait xərclənir. Məsələn, iki övladını məktəbə aparan valideynlərin gün ərzində ən az 4-5 manat yol xərci çıxa bilir. İctimai nəqliyyat vasitələrinin gediş qiymətlərində müəyyən güzəştlərin tətbiqi ailələrin maddi vəziyyətinə müsbət təsir göstərə bilər. Bu cür təcrübə qonşu Türkiyədə mövcuddur. Şagird və ya tələbə olduğunu deyən sərnişinlərdən daha az, yəni nəzərdə tutulan məbləğ çıxılır. Bu cür güzəştlər nəğd ödənişin həyata keçirildiyi vasitələrdə də həyata keçirilir.
Azərbaycanda, xüsusilə Bakı və Abşeron ərazisində şagirdlər üçün bu cür güzəştlər tətbiq oluna bilərmi?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı TNS-ə danışan təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bu sahədə hər hansı güzəştin tətbiq olunacağını düşünmədiyini bildirib:
“Bəzi ölkələrdə belə nümunələr var. Amma bu da, əsasən istisna hal kimi tətbiq olunur. Bizdə bəzi özəl məktəblərdə servis xidmətləri var. Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi validideynlərə daha yaxın ərazidə olan məktəbləri seçmələri tövsiyə edir. Hər hansı valideyn daha uzaq məsafədə olan məktəbi seçirsə, bunu artıq nazirliyin, dövlətin “günahı” kimi dəyərləndirə bilmərik. Valideyn bunu edirsə, onun qərarına müdaxilə, yaxud da gediş qiymətlərində hər hansı güzəşt tətbiq etmək real görünmür”.
Mütəxəssis bildirib ki, valideynlər “ən yaxşı məktəb, sizə yaxın olan məktbədir”, - prinsipi ilə öz yaxınlarında olan məktəblərə üz tutsalar, daha yaxşıdır:
“1 milyon 600 min şagirdən uzaq məsafələrə ən az 400-500 min şagirdin getdiyini nəzərə alsaq, hazırda belə bir güzəştin olacağını düşünmürəm. Bəlkə gələcəkdə bu sahədə hansısa güzəştlər tətbiq oluna bilər”.
Müvafiq qurum bu barədə nə deyir?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, müxtəlif əhali qruplarından olan şəxslərə ictimai nəqliyyatda güzəştli gedişhaqlarının tətbiqi üçün xüsusi infrastruktur qurulmalı, nağdsız ödənişlərə keçid tam təmin edilməlidir. Nağdsız ödənişlərə keçid təmin olunduqdan sonra sözügedən güzəştlərin tətbiqi mümkün ola bilər.
Qeyd olunub ki, hazırda sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gedişhaqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülür.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










