Avtobusların köhnə olması sərnişinləri narazı saldı – AYNA-dan MÜNASİBƏT - VİDEO

Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsindən 8-ci kilometr bazarı, eləcə də əks istiqamətdə işləyən 105 saylı marşrut avtobuslarının köhnə olması sərnişinlərin narazılığına səbəb olur.
Avtosfer.az-ın məlumatına görə, sərnişinlər deyirlər ki, sözügedən avtobuslar istismar müddətini başa vurub və təhlükəsizlik tələblərinə cavab vermir.
Sürücülər isə sərnişinlərin firikləri ilə razılaşmırlar.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, 105 nömrəli marşrutda 16 avtobus 7-9 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Marşrutun müvəqqəti istismarçısına mövcud qanunvericiliyə və AYNA-nın tələblərinə uyğun olaraq istismarındakı köhnə avtobusların müasir nəqliyyat vasitələri ilə əvəz edilməsi və ya mərhələli şəkildə təmir olunaraq saz vəziyyətə gətirilməsi barədə tapşırıqlar verilib. Həmçinin marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi, eyni zamanda müəyyən edilmiş hərəkət cədvəlinə və hərəkət sxeminə riayət olunması istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb.
Daha ətraflı videomaterialda.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











