Avtomobili yoxdur, lakin cərimələr gəlir – BDYPİ-dən AÇIQLAMA - VİDEO

Avtomobili olmayan şəxsə qayda pozuntuları ilə əlaqədar cərimələr gəlir.
Avtosfer.az-ın məlumatına görə, belə bir vəziyyətlə Biləsuvar sakini Amid Əliyev üzləşib.
O, 4 gün ərzində həm cərimə olunub, həm də sürücülük hüququndan məhrum edilib.
Taksi fəaliyyəti göstərmək üçün sürücülük vəsiqəsi alan vətəndaş deyir ki, ünvanına gələn cərimələrin heç biri ona aid deyil.
Yaranmış problemlə əlaqədar Amid Əliyev “Xəzər Xəbər”ə müraciət etməzdən əvvəl aidiyyəti qurumlara da üz tutub. Lakin nə tutarlı cavab ala bilib, nə də məsələ həllini tapıb.
Vətəndaşın problemini araşdıran Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, cərimələrin gəlmə səbəbi şikayətçi adından onlayn qaydada verilən yol vərəqələridir.
Belə hallarda tərəflərin yol polisi idarəsinə rəsmi müraciəti əsasında araşdırma aparılır və problemin aradan qaldırılması üçün qanunauyğun tədbirlər görülür.
Ətraflı videomaterialda.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











