Avtomobilinin park etmək istəyən sürücü cərimələndi - BNA-dan açıqlama - VİDEO

Paytaxt sakinin başına tragikomik hadisə gəlib. O, cəriləmələnməsin deyə avtomobilini qanuni şəkildə park edən zaman cərimələnib.
Belə ki, avtomobilini avtodayanacaqda park etməyə çalışan Elşad Osmanov növbədə gözlədiyi zaman Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən cərimələnib. O iddia edir ki, bna əməkdaşları avtomobilin şəkilini çəkdiləri zaman, özü avtomobilin içində olub və heç bir qayda pozuntusu etməyib.
BNA-nin mətbuat xidmətinin rəhbəri Mais Ağayev sürücünün günahsız olmadığını və ona tədbiq olunan cərimənin yerində olduğunu bildirdi.
Avtomobilin sürücüsü isə bildirir ki, onun orada qeyd olunan müddət ərzində dayanması əsassız deyil. Dayanacaqda yaranmış növbə sırası sürücünün 4 dəqiqə gözləməsinə səbəb olub.
BNA-nın rəsmisi isə israrla bildirir ki, sürücünün hər hansı avtomobili gözləməsinin əsası yoxdur və istənilən halda hərəkətsiz dayanıb avtomobillərin hərəkətinə maneə yaratmaq qanunsuzdur.
Mais Ağayev bildirir ki, sürücü ona tətbiq edilən cərimədən narazıdırsa məhkəməyə müraciət edə bilər.
Xatırladaq ki, tətbiq olunan cərimənin məbləği 20 manatdır. Məhkəmə, vəkil rüsumu bu məbləğdən artıq olduğu və dəfələrlə gedib gəlmək vaxt itkisinə səbəb olduğu üçün sürücülərin əksəriyyəti bu üsulu seçmir.
Ekspertlər isə hesab edir ki, Bakı Nəqliyyat Agentliyinin əməkdaşları cərimə yazarkən çox diqqətli olmalı və sürücülərin hansı səbəbdən avtomobili olduğu yerdə park etdiyini ciddi araşdırmalıdır.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










