“Avtomobillərin qeydiyyat rüsumlarının artırılması ciddi problemlər yaradacaq” - Ekspert
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən:
Sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə rüsumlar artırılır;
Köhnə avtomobillərin qeydiyyatı üçün dövlət rüsumu azaldılır.
Avtomobillərə dövlət qeydiyyat nişanlarının verilməsinə görə rüsum 22 manatdan 30 manata qaldırılır.
Bu artımlar nəqliyyat sektorunda nələri dəyişəcək və insanlarımızın xərclərində nə kimi rol oynayacaq?
Məsələ ilə bağlı bakupost.az -a nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, qeyd olunan dəyişikliklər, Milli Məclisdə təsdiqlənsə, çox ciddi narahatlıqlar yaranacaq:
“Əgər bu, ölkəyə avtomobillərin gətirilməsinin qarşısını almağa yönəlmiş bir addımdırsa, çox pisdir. Bəzən hökumət elə fikirləşir ki, ölkəyə gətirilən avtomobillərin qarşısını alsalar, qiymətləri, rüsumları qaldırsalar tıxac da azalacaq. Bəzi məmurlarımızın məntiqi bundan ibarətdir ki, ölkəyə maşın çox gətirilir və buna görə tıxac yaranır. Amma məmur gözünü açıb ətrafa baxsa, yaxud öz işinə diqqət etsə görər ki, tıxaclara əsas səbəb avtomobillərin çoxluğu deyil, oliqarxların yolun ortasında bina, restoran tikməsidir. Villasının hasarını gətirib yolun ortasında tikənlər də var. Məmur onları görmür, amma maşınları görür. Nə var ki, kasıb camaat təzə bir maşın alır və tez gözləri bunu görür. Yol şəbəkəsini düzəltmək əvəzinə, deyirlər ölkəyə gətirilən maşınlar artmasın. Amma məmur gözünü açıb ətrafa baxsa, yaxud öz işinə diqqət etsə görər ki, tıxaclara əsas səbəb avtomobillərin çoxluğu deyil, oliqarxların yolun ortasında bina, restoran tikməsidir. Villasının hasarını gətirib yolun ortasında tikənlər də var. Məmur onları görmür, amma maşınları görür. Nə var ki, kasıb camaat təzə bir maşın alır və tez gözləri bunu görür. Yol şəbəkəsini düzəltmək əvəzinə, deyirlər ölkəyə gətirilən maşınlar artmasın. Onsuz da artacaq. İki-üç ay camaat tənqid edəcək sonra həmin qaydada avtomobillər gətiriləcək. Çünki zərurət var. İnsanlar artıq köhnə avtomobillərdən bezib. Biz təklif edirik ki, hökumət ən azı camaata üç-beş il müddət versin, bu illər ərzində rüsumları aşağı həddə saxlasın ki, camaat da gedib maşınlarını yeniləsin. Çünki köhnə maşınlarda qəza baş verən zaman oradan salamat adam çıxmır. Biz bunu təklif edirik, amma onlar isə rüsumu artır ki, maşınlar gəlməsin.
Əvvəl bəzi ekspertlər yanlış fikri dedilər ki, gömrük artıma maraqlıdır. Lakin bu, gömrük artımı deyil. Bugünkü məlumatda tam aydın gördük ki, bu sırf qeydiyyat rüsumlarının artırılması, yəni nömrə nişanı, mühərrikin həcminə görə hesablanma və.s. Təbii ki, bu da təsir göstərir. Əvvəl tamam başqa cür hesablanırdı və aşağı məbləğ çıxırdı. İndi isə hədsiz dərəcədə yüksək məbləğ çıxacaq.
Həmişə deyirdik ki, etibarnamələr ləğv edilsin. Amma vəziyyət o həddə çatıb ki, yenə camaat qeydiyyata getməyəcək, çünki rüsum baha çıxır. Gedəcək etibarnamə ilə maşın satacaq. Etibarnamə verən şəxs də bir də gördün öldü. Müddət bitəndə adam gedəcək ki, yeni etibarnamə alsın, görəcək adam yoxdu, ölüb. Digər ailə üzvlərini tapacaq, onlar da etibarnamə verməyəcək. Ya da görəcəyik ki, etibarnamə verən şəxsin banka borcu yaranıb, bütün əmlakına həbs qoyulub. Elə olanda da maşını əlindən alırlar. Yaxud həmin şəxs arvadından boşanıb, əmlak bölünməlidir, arvad da maşını tələb edir. Görün, insanlarımız üçün nə qədər problem yaradırlar.
Milli Məclisə təzə seçilən deputatlar hamısı deyir, Oksfordu qurtarmışıq, Kembricdə oxumuşuq, guya, anlamırlar ki, rüsum artanda problem yaranır. İnsanlar gedib 400-500 manat rüsum verməyəcək. 10-20 manata etibarnamə verəcəklər, onun da axırında yuxarıda sadaladığım fəlakətlər olacaq”.