Axşam içki qəbul edən sürücü səhər sərxoş ola bilərmi? - AÇIQLAMA - VİDEO

“Bir bakal pivə və yaxud içərisində spirt olan hansısa enerji içkisi belə alkotesterdə sürücünü sərxoş kimi göstərə bilər. Bu, içkinin dozasından asılıdır”.
Avtosfer.az xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzinin direktor müavini İlham Məmmədov deyib.
O, bildirib ki, spirtli içki qəbul edən şəxs azı 12 saat nəqliyyat vasitəsini idarə etməməlidir. Əgər müəyyən saat keçib, amma şəxs özünün narahat hiss edirsə yenə də avtomobili idarə etməli deyil.
İlham Məmmədov qeyd edib ki, bəzi dərmanlarda da test zamanı müəyyən spirtli içki miqdarı çıxa bilər. Amma bu qanunla qadağan olunmuş faizi keçmir. Həmçinin alkotesterlər də bir ildən bir yoxlanılmalıdır.
İstənilən halda sərxoş vəziyyətdə sükan arxasına keçmək həm özünüzün həmdə digər şəxslərin həyatını təhlükəyə atmaq deməkdir. Dünya təcrübəsi də göstərir ki, ən ağır və ya bir neçə nəfərin ölümü ilə nəticələnən qəzaların çoxu spirtli içkinin təsiri altında olan sürücülərin üzündən baş verir.
Daha ətraflı videomaterialda.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











