AYNA dəyişiklik etdi, yenə tıxac yarandı - VİDEO

AYNA Bakı şəhəri Nərimanov rayonu ərazisində - Fətəli Xan Xoyski küçəsində (“Gənclik Mall”un qarşısı) hərəkətin təşkilində dəyişiklik edib.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, AYNA-nın etdiyi dəyişikliklə ticarət mərkəzinin qarşısında avtobus zolağının bir hissəsində sarı tor işarəsi çəkilib.
Qurum yaydığı açıqlamada bildirmişdi ki, bu addım “Gənclik Mall”un parkinqinə daxil olmaq istəyən minik avtomobillərinin avtobus zolağını zəbt etməsinin qarşısını alacaq:
“Layihəyə əsasən “Gənclik Mall”un giriş hissəsində “dropoff” məntəqəsinin yaradılması, parklanma yerinin giriş hissəsində olan geriyədönmə yerinin təkmilləşdirilməsi, Fətəli xan Xoyski küçəsindəki zolaqların silinərək yenidən çəkilməsi və 3 hərəkət zolağının 4 hərəkət zolağı ilə əvəzlənməsi nəzərdə tutulur. Bununla da ticarət və əyləncə mərkəzinin giriş hissəsində sıxlığın azaldılması, sıxlıq olsa belə bunun əsas yola minimum təsiri müşahidə ediləcək, avtomobil və ictimai nəqliyyatın fasiləsiz olaraq hərəkətinin təmin edilməsi baş tutacaq. Bütün tənzimləmələr AYNA-nın mütəxəssisləri tərəfindən hesablanıb və təhlil olunub, vətəndaşların daha rahat hərəkət etməsi üçün nəzərdə tutulub”.
Ancaq sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, icra edilən layihə problemin həlli istiqamətində işə yaramayıb. Yeni icra olunan layihə əksinə süni tıxaca səbəb olub.
Onu da əlavə edək ki, AYNA-nın daha öncə Ukrayna dairəsində etdiyi dəyişiklik sürücülərin narazılığı ilə qarşılanmışdı.
Həmin görüntüləri təqdim edirik:
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











