Banner

Azərbaycanda benzinin ucuzlaşacağı proqnozu

Yazarlar 11 Fevral 2015 21:35 Oxunub 3582
Azərbaycanda benzinin ucuzlaşacağı proqnozu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycan və Rusiya hökumətləri bir neçə sənədin imzalanmasını müzakirə edir

Ukraynaya görə Qərb dünyası ilə burun-buruna gələn Rusiyanın iqtisadi vəziyyəti "uruscadır". Avropa və Amerika ilə ticari əlaqələri kəsilən şimal qonşumuzun məhsullarını satmaq üçün alternativ bazarlar axtarır. Çin, Hindistan, Şimali Afrika, Orta Asiya, o cümlədən Cənubi Qafqaz xilas yolu kimi görünür. Prezident Vladimir Putinin, digər dövlət rəsmilərinin də son dövrlər dünya ölkələrinə səfərlərinin arxasında yeni iqtisadi tərəfdaş axtarışı olması heç kimə sirr deyil. Rusiyanın dövlət rəsmilərindən biri də bir neçə gün öncə Bakıya gəldi. Azərbaycana rəsmi səfərə gələn RF Baş nazirinin müavini Arkadi Dvorkoviç ölkəmizdə bir sıra görüşlər keçirdi. 

Rusiyanın RİA Novosti agentliyi Dvorkoviçin Azərbaycanın energetika naziri Natiq Əliyevlə görüşünü xüsusi vurğulayır. Agentlik bildirir ki, Rusiya Federasiyasının vitse-premyeri bildirib ki, Azərbaycan və Rusiya hökumətləri bir neçə sənədin imzalanmasını müzakirə edir. 

Söhbət 2020-ci ilə qədər sərmayə sahəsində əməkdaşlıqdan, o cümlədən iki ölkənin energetika sisteminin sinxronlaşdırılması, Rusiyanın birbaşa sərmayələr fondu və Azəraycan Dövlət Neft Fondu arasında investisiya platforması yaradılmasından gedir. 

"Belə razılıqlar ticarət-investisiya sahəsində iqtisadi layihələr üçün əsasdır. Moskvaya qayıdanda işlərin sürətləndirilməsi barədə göstəriş verəcəm", - deyə Rusiyanın vitse-premyeri qeyd edib. 

Azərbaycanla Rusiya arasında enerji sahədə əməkdaşlıq ölkəmizə nələr vəd edir? 

Məlum olduğu kimi, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaları artıq öz “faydasını” verməyə başlayıb. Bu ölkənin milli valyutası xeyli ucuzlaşıb. Qonşu dövlətlərin milli valyutaları arasında böyük uçurum yaranıb. Milli valyutanın ucuzlaşması ucbatından Rusiyada istehsal edilən məhsullar Azərbaycan, Qazaxstan, Gürcüstan və digər qonşu dövlətlərdə istehsal edilən eyni məhsullarla müqayisədə xeyli ucuz başa gəlir. Rusiyanın ixrac imkanları genişlənir, qonşu ölkələrdəki yerli istehsal sıxışdırılır. Məsələyə sırf biznes nöqteyi-nəzərindən baxılarsa, hər hansı bir məhsulun baha istehsalındansa, Rusiyadan ucuz idxalı daha sərfəlidir. Bu məsələni neft məhsullarına da şamil etmək olar.

Artıq Rusiya ilə qonşu olan ölkələrdə neft məhsullarının ucuzlaşması müşahidə olunur. Ötən gün Qazaxıstanın energetika nazirliyi Ai 92/93 benzininin və dizel yanacağının qiymətinin endirilməsi barədə qərar verib. Ölkə ərazisində dizel yanacağının, Ai 92 və Ai 93 benzinlərinin qiyməti müvafiq olaraq 99 tenge (0.53 dollar), 107 tenge (0.58 dollar) və 109 tengeyə (0.59 dollar) endirilib. Benzinin qiymətinin aşağı düşməsi ölkənin neft bazarlarının Rusiyanın neft məhsulları ilə dolması, rublun tenge ilə müqayisədə ucuzlaşması fonunda baş verir.

Qazaxıstanın Energetika Nazirliyi və "KazMunayQaz" şirkəti Rusiyadan daxil olan ucuz benzinə görə narahatlıqlarını bildiriblər. Bu proses Qazaxıstanın neft emalı müəssisələrinin işini dayandıra bilər.

Azərbaycanda da analoji situasiyanın yaranması mümkündür. Ölkəmiz hazırda Ai 95 premium markalı benzini xaricdən idxal edir. Ölkəmizdə Ai 95 markalı benzinin idxalının istehsaldan daha səmərəli olduğu üçün belə bir qərar qəbul edilib.

İndi dünyada yaranan situasiya fərqli şərtlər yaradıb. Yaxın vaxtlarda Ai 92 markalı benzinin də Rusiyadan idxalı yerli istehsaldan daha səmərəli ola bilər. Belə olan təqdirdə, sözsüz ki, əlavə xərclər hesabına yerli istehsalı dəstəkləmək səmərəsiz olardı. Əgər bu, baş verərsə, şimaldan daha ucuz gələn benzinin qiymətində niyə dəyişiklik olmasın ki?

 

milli.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh