Azərbaycanda "xalq drujinası" niyə yaradılır?

Yazarlar 5 Mart 2016 00:35 Oxunub 11791
Azərbaycanda "xalq drujinası" niyə yaradılır?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Çingiz Qənizadə: "Hər bir vətəndaşın borcudur ki, hüquqazidd hərəkətlərin qarşısının alınmasında dövlət orqanlarına dəstək olsun"

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev ictimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə fərman imzalayıb. Bu fərmanla qanunçuluğun və hüquq qaydasının qorunmasında vətəndaşların geniş iştirakının təmin edilməsi, polis orqanlarına ictimai dəstəyin təşviqi, polis-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədilə “İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası” təsdiq edilib. Ölkə başçısının imzaladığı “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” fərmana əsasən vətəndaşlar polislə hansı şəkildə əməkdaşlıq edəcək?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadənin fikrincə, bəzi insanlar fərmanla yeni dövlət qurumunun yaradıldığını düşünür. Əslində bu belə deyil. Burada qəbul edə bilmədiyimiz hüquqazidd hərəkətlərlə bağlı polisə köməkdən söhbət gedir: “Hər bir vətəndaşın borcudur ki, hüquqazidd hərəkətlərin qarşısının alınmasında dövlət orqanlarına dəstək olsun.

Qanunun 2-ci maddəsində qeyd olunur ki, vətəndaşların ictimai asayişin qorunması ilə bağlı fəaliyəti hüquqazidd və cəmiyyətə qarşı hörmətsiz davranışın qarşısını almaq məqsədilə, maarifləndirmə, təbliğat işinin aparılması, narkomaniya, alkoqolizm, yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquqpozuntularının proflaktikası, habelə cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması, araşdırılmasının təmin etmək üçün zəruri məlumatların polis orqanlarına verilməsi istiqamətində həyata keçirilir. Bu gün cəmiyyəti narahat edən ciddi məqamlar var. 


Müəyyən əmlakın dağıdılması halları olur ki, gözümüzün qarşısında baş verir. Bunula bağlı polisə məlumat vermək bizim vətəndaşlıq borcumuzdur”. 

Ç.Qənizadə qeyd edib ki, fərmanın çox maraqlı tərəflərindən biri də yaşı 20-24 arası olan gənclərin polislə əməkdaşlığa cəlb edilməsidir.

“Bu yaşda olan gənclər daha çevik, cəld və hadisələrə düzgün reaksiya verə bilirlər. Burada iki il ərzində fəaliyyətdə olmaq həmin insanların gələcəkdə daxili işlər orqanlarında işə düzəlməsi üçün üstünlük təşkil edəcək. Bu, olduqca maraqlıdır. Gənclərin çoxu polis orqanlarında çalışmaq istəyir. Birdən-birə polis orqanlarında işə düzəlməkt asan olmur. Onlar müəyyən fiziki, psixoloji hazırlıq keçirlər. Fərmanda göstərilir ki, ictimai fəaliyyət göstərən əxslər seçilərkən müəyyən hazırlıqdan keçib, işə qəbul olunacaqlar. 

Fərmana əsasən müəyyən kateqoriyalı insanlar var ki, bu təşkilatda formalaşa bilməzlər. Bunlar əvvəl cinayət törətmiş, psixi xəstəliyi, narkomaniyaya meyli olan, inzibati xəta törətmiş və digərləridir. Ona görə məhdudiyyət qoyulur ki, bu adamlar gələcəkdə hüquq-mühafizə orqanlarında işləmək istəsələr, məhz bu xəstəlik və digər hərəkətlərə görə həmin orqanda işə qəbul olunmuyacaqlar”. 



Milli Məclisin üzvü bildirib ki, vətəndaşlar bu qurumda birləşdikdən sonra özlərini polis orqanının əməkdaşı kimi təqdim edə bilməzlər:

“Həmin şəxslər polisin səlahiyyətlərini mənimsəyib, özlərini polis kimi təqdim edib qərar qəbul edə bilməzlər. Onlar sadəcə polis orqanları ilə birlikdə müəyyən vəzifələrin yerinə yetirilməsində, hadisələrin qarşısının alınmasında, maarifləndirmə işlərində, hüquqazidd əməllərin qarşısının alınmasında iştirak edə bilərlər. Həmin şəxslər həyatı təhlükə olan əməliyyatlara cəlb olunmayacaqlar. 

Polislə əməkdaşlıq edən şəxslər xüsusi geyim və döş nişanı ilə fərqlənəcəklər. Hər kəs küçədə özünü bu qurumun üzvü kimi təqdim edib, qanunazidd hərəkətlər edə bilər. Ona görə də xüsusi geyim olduqda, polislə birgə müəyyən məsələlərin həllində yaxından iştirak edəcəklərsə, bu dövlətimizdə ictimi-siyasi sabitliyin təmin olunmasına, qanunazidd hərəkətlərin qarşısının alınmasına dəstək olacaq. İnsanların maariflənməsəinə də köməklik göstərəcklər. Gələcəkdə hüquq-mühafizə orqanlarının yetkin kadrlarla təmin olunmasında bu işin köməyi olacaq”.



Həmin şəxslərin geyimlə təmin olunmasının hər hansı bir problem yaratmasına gəlincə, deputat vurğulayıb ki, geyim forması həmin şəxslərin fərqlənməsi üçün nəzərdə tutulub. “Geyim onun üçün nəzərdə tutulub ki, bu şəxslərin hansısa qanunazidd hərəkətlərə qarşı münasibəti rəsmi şəxslərin münasibəti kimi dəyərləndirilsin. Əvvəllər vergi orqanları yerlərdə obyektləri yoxlayır, yerindəcə cərimələr yazırdısa, bu məqamda xeyli işbazlar var idi. Onlar mağazalardan pul alırdılar. İndi də müəyyən insanlar ola bilər ki, bununla dələduzluq edə bilər. Ona görə də həmin şəxslərin forma, nişan və vəsiqə ilə təmin edilməsi vacibdir. Digər tərəfdən bu könüllülük əsasında təşkil olunacaq. Kim istəyirsə, burada fəaliyyət göstərəcək”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh