"Azərbaycanla İranın nəqliyyat sahəsində əməkdaşlığının genişlənməsi müşahidə olunur" - Deputat

Növbəti həftə Tehranda Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının iclası keçiriləcək. İranın Ticarət Palatasının sədr müavini Hüseyn Pirmoəzzen bildirib ki, Ərdəbil–Bakı dəmir yolu vilayətin kənd təsərrüfatı məhsullarının ixracını asanlaşdıracaq, Rusiyaya çıxışı sürətləndirəcək, nəqliyyat xərclərini azaldacaq, yeni iqtisadi imkanlar yaradacaq və beynəlxalq əməkdaşlığı gücləndirəcək.
Avtosfer.az xəbər verir ki, "redaktor.az"a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizini yaxından dəstəkləyən ölkələrdən biridir:
"Bu baxımdan, Şimal-Cənub dəhlizi şimaldan cənuba qədər uzanan mühüm bir nəqliyyat marşrutudur. Rusiya ərazisindən başlayaraq Azərbaycan vasitəsilə İran üzərindən Hindistana qədər uzanır. Bu kontekstdə Azərbaycan və İran arasında həm dəmir yolu sahəsində, həmçinin ümumilikdə nəqliyyat sahəsində qarşılıqlı əməkdaşlıq qurulub".
Millət vəkili qeyd etdi ki, Azərbaycan, səmimi münasibət qurmaq və qarşılıqlı əməkdaşlıqda maraqlı olan ölkələrlə əməkdaşlığa açıqdır:
"Məhz buna görə, Azərbaycan-İran əlaqələrində iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın genişlənməsi müşahidə olunur. Eyni zamanda, region üzərindən yükdaşımaların artması, Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə daha çox yükün daşınmasına imkan yaradır. Beləliklə, İranla nəqliyyat sahəsində əməkdaşlıq həm Azərbaycan üzərindən daşınan yüklərin həcminin artmasına, həm də bütövlükdə Şimal-Cənub nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin genişlənməsinə xidmət edir", - deyə Vüqar Bayramov yekunlaşdırdı.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











