Babək prospektində bu yol hər an çökə bilər - VİDEO

Sürətlə gələn avtomobillər yolda yaranmış çuxura düşür.
Avtosfer.az xəbər verir ki, bəzi sürücülər isə əvvəlcədən çuxuru görüb ondan yayınmağa çalışırlar ki, bu da qəza riski yaradır.
Görüntülər paytaxtın Nizami rayonu Babək prospektindəndir. Bir müddət əvvəl prospektdəki körpünün yaxınlığında su borusunda yaranmış nasazlıq aradan qaldırılıb və həmin ərazi yenidən asfaltlanıb. Sürücülər deyirlər ki, bir neçə gün aramsız qardan sonra həmin asfalt örtüyündə çökmə əmələ gəlib. Bu da avtomobillərin hərəkətində ciddi maneə yaradır.
Həmin yoldan istifadə edən sürücülər deyirlər ki, günün qaranlıq vaxtı bu ərazidə vəziyyət daha çətin olur. Bənzər olmasa da, hər an təhlükə yaranan daha bir ərazi isə paytaxtın Xətai rayonu 8 Noyabr prospekindədir. Prospektin hava limanı istiqamətində, ''Gənclik'' parkı ilə üzbəüz hissəsində yolda iri çatlar əmələ gəlib. Yeni təmirdən çıxan həmin ərazidəki görüntü onu deməyə əsas verir ki, burada yol sürüşür.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik.
Qurumdan bildirildi ki, Babək proskeptindəki çökən hissə tez bir zamanda təmir ediləcək. O ki, qaldı 8 noyabr prospektinə, bildirdilər ki, ora Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssisləri baxış keçirəcəklər. Səbəb bilinəndən sonra isə yoldakı problem aradan qaldırılacaq.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










