Bağlı mağazalarda QALAN MALLAR: “20 Yanvar” keçidindəki MÜƏMMA – VİDEO
Bakı Metrosunun "20 Yanvar" stansiyasının yeraltı keçidlərində fəaliyyət göstərən mağazalar ötən ilin avqustundan fəaliyyətini dayandırıb.
Avtosfer.az xəbər verir ki, sahibkarlara noyabrın sonunda mağazaların açılacağı və fəaliyyətlərini əvvəlki qaydada davam etdirəcəkləri vədi verilmişdi. 150-yə yaxın mağazanın fəaliyyətinin müvəqqəti bağlandığı deyilsə də, aylar keçməsinə baxmayaraq hələ də onların aqibəti ilə bağlı sahibkarlara heç bir məlumat verilmir.
Eyni zamanda yeraltı keçiddəki ticarətin ləğv olunub-olunmayacağı da müəmmalıdır. Aylardır bağlı qalan mağazalarda sahibkarlara məxsus minlələ mal qalıb və aidiyyəti qurumlar tərəfindən həmin malların mağazadan çıxarılmasına belə şərait yaradılmır.
Qeyd edək ki, 30 ilə yaxındır fəaliyyət göstərən bu yeraltı keçiddəki aksesuar və geyim mağazalarında 150-yə yaxın işçi çalışır. Mağazaların hansı səbəbdən bağlanması bəlli deyil və onların fəaliyyətə başlayıb-başlamayacağı ilə bağlı aidiyyəti qurumlardan məlumat verilmir.
Ətraflı Space TV-nin videosujetində: