Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!

Bakıda keçiriləcək World Urban Forum 13 (WUF 13) çərçivəsində nəqliyyatın təşkili ilə bağlı məsələlər hələ də müzakirə mövzusudur. Xüsusilə sürücüləri maraqlandıran əsas suallar — xüsusi zolaqların tətbiqi, yolların bağlanması və mümkün məhdudiyyətlərlə bağlı rəsmi qərarlar açıqlanmayıb.
Mövzu ilə bağlı açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, hazırda bu istiqamətdə konkret qərar yoxdur.
Onun sözlərinə görə, hələlik xüsusi zolaqların tətbiq olunub-olunmayacağı ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib. Ekspert qeyd edib ki, tədbirin təşkilatçıları şərtləri açıqladıqdan sonra aidiyyəti qurumların iştirakı ilə xüsusi komissiya yaradılmalıdır. Məhz həmin komissiyanın qərarından sonra nəqliyyatın təşkili, xüsusi zolaqların olub-olmayacağı və qonaqların daşınma mexanizmi müəyyənləşəcək.
E. Muradlı vurğulayıb ki, söhbət mötəbər beynəlxalq tədbirdən getdiyi üçün təhlükəsizlik məsələləri ən yüksək səviyyədə təmin olunacaq. Bununla belə, o hesab edir ki, əlavə xüsusi zolaqların yaradılmasına ciddi ehtiyac yoxdur və mövcud avtobus zolaqları ictimai nəqliyyat üçün fəaliyyətini davam etdirə bilər.
Ekspertin fikrincə, yekun qərarlar tədbirə yaxın müddətdə açıqlanacaq və sürücülər üçün mümkün dəyişikliklər, o cümlədən hərəkət məhdudiyyətləri və alternativ marşrutlar barədə ictimaiyyətə əlavə məlumat veriləcək./referans
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?








