Bakı-Sumqayıt yolunda illərlə davam edən tıxac problemi - Çıxış yolu nədədir?

"Bakı-Sumqayıt yolu fəlakətli bir yoldur. İllərdir bu tıxac məsələsi insanlara əziyyət verir. Onları düşünmək lazımdır. İnsanları düşünəndə yol tapmaq olur. Mütəxəssisləri yığaraq alternativ təklifləri dinləyib, sistemləşdirəndən sonra optimal yol tapıla bilər".
Avtosfer.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa deyib. O bildirib ki, cəmiyyətdə mütəxəssis fikrinə əhəmiyyət verən yoxdur:
"Elə fikirləşirlər ki, insanlar qoy bir az da əziyyət çəksinlər. İnsanları illərdir bu qədər əziyyətə düçar etmək olmaz. Bəlkə kimlərsə bunun mənasını başa düşmür, amma bu, iqtisadiyyatımıza böyük zərbə vurur. Hər gecikən vətəndaş hansısa bir istehsal və ya istehlak sahəsində müəyyən problemlərin yaşanmasına səbəb olur. Ona görə də biz bu məsələ üzərində ciddi işləməliyik".
Fazil Mustafa qeyd edib ki, tıxacın əsas səbəbi metro tikintisi ilə bağlıdır:
"Metro tikintisində özbaşınalıq hökm sürür. Heç bir ciddi irəliləyiş olmadı. Bu da daşınma məsələsində problem yaratdı. Böyük şəhərlərdə 250-yə yaxın metro stansiyası var. Amma Bakıda bu stansiyaların sayı 50-ni keçmir. Bu o deməkdir ki, məsələ sadəcə diqqətdən kənarda saxlanılır. Vacib deyil yeraltı metro olsun. Yerüstü metro nəqliyyat infrastrukturu qurula bilərdi. Sumqayıt-Bakı arasında bunu daha çevik şəkildə qurmaq olardı. Amma bu işlərdə heç bir irəliləyiş yoxdur. Bu haqda düşünülmür. İllərdir olan təcrübələr bunu göstərir ki, məsələyə rasional yanaşma yoxdur".
Mövzu ilə bağlı danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə bildirib ki, Bakı-Sumqayıt yolunda tıxacın qarşısını almaq üçün Xırdalan dairəsini “dağıtmaq” lazımdır:
"Başqa hərəkət mexanizmi qurulmalıdır. Asma körpü tipli işlər görülməlidir. Xırdalana körpü vasitəsilə gediş-gəlişi bərpa etmək olar. 20 yanvar dairəsində hərəkətin tənzimlənməsi üçün körpülər, tunellər şaxələnməlidir. Bu işlər görülsə, müəyyən bir dəyişiklik baş verə bilər. Hərəkət axını fərqli formada təşkil edilməlidir ki, sıxlıq yaranmasın".
Ekspert qeyd edib ki, hələ ki, bununla bağlı ciddi işlər görülmür:
"Ona görə də, bu il də bu problem yaşanacaq".
(metbuat.az)
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










