Reklam

Bakıda 15 min taksi sürücüsü qanunsuz fəaliyyət GÖSTƏRİR – AÇIQLAMA

Yazarlar 27 Noyabr 2024 16:29 Oxunub 86
Bakıda 15 min taksi sürücüsü qanunsuz fəaliyyət GÖSTƏRİR – AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“15 min taksi sürücüsünün sənədləri yerində deyil”.

Bu sözləri Bakı Nəqliyyat Agentliyi yanında İctimai Şuranın üzvü, nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Onun sözlərinə görə taksi fəaliyyəti ilə bağlı bəzi problemlər hələ də aradan qaldırılmayıb:

“Taksi duracaqları kifayət qədər deyil. Digər tərəfdən, taksilərin hamısı qanuni fəaliyyət göstərmir. Hazırda Bakıda 35 min civarında taksi var. Onların cəmi 20 mininin sənədləri yerindədir. Yenə də onlar arasında qaydaları pozan, qanunlara tabe olmayan, imtahandan keçməyən insanlar var. Bununla bağlı yəqin ki, AYNA tərəfindən ciddi tədbirlər görüləcək”, -deyə ekspert bildirib.

(bizim.media)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh