Bakıda avtobus niyə yandı? - Texniki qulluq ciddi amildir - VİDEO
Yazarlar
5 İyun 2020 01:05

Avtobusun yanması texniki xidmət problemini gündəmə gətirib
Bakıda hərəkətdə olan sərnişin avtobusu yanıb. Avtosfer.az-ın məlumatına görə, hadisə axşam saatlarında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində baş verib. Məlumata görə 208 saylı marşurut xəttində hərəkət edən avtobusun yanacaq çəni partlayıb. Partlayışın ardından avtobusda yanğın olub.
Sürücü Cavid Məmmədov avtobusdan enərək alovun qarşısını almaq istəyib, amma buna müvəffəq ola bilməyib və avtobus tamamilə yanaraq yararsız hala düşüb.
208 saylı avtobusun qarajının təchizat müdri Elşən Qəşəmzadə deyib ki, hadisə vaxtı avtobusda sərnişin olmayıb. Avtobus qaraja doğru hərəkətdə olan zaman onun salonunda qısaqapanma yaranıb və alova çevrilib.
Qeyd edək ki, bu hadisə avtobuslara vaxtında texniki xidmətin göstərilməsi məsələsini gündəmə gətirir. Hər gün yüzlərlə sərnişin daşıyan avtobuslara texniki xidmət necə göstərilir?
Çəkiliş apardığımız zaman müşahidə etdik ki, sözügedən marşrut xəttinin istehsalat bazasında şərait o qədər də yaxşı deyil. Burada avtobuslara lazımi xidmət edəcək nə avadanlıq nədə ki, işçi qüvvəsi var. Bu arada xatırladaq ki, hələ bir neçə il əvvəl Bakı Nəqliyyat Agentliyi daşıyıcı şirkətlər qarşısında bununla bağlı öhdəlik qoymuş. Tələb edilmişdi ki, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün bütün avtobus xətlərinin istehsalat bazası olmalı və onlara vaxtı-vaxtında texniki xidmət göstərilməlidir.
Oxunub 4192
DİGƏR XƏBƏRLƏR
25 Yanvar 2026 12:38
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
14 Yanvar 2026 16:53
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
8 Yanvar 2026 21:27
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
7 Yanvar 2026 23:06
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
7 Yanvar 2026 12:00
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
30 Dekabr 2025 21:00
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
29 Dekabr 2025 23:06
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
29 Dekabr 2025 21:36
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
27 Dekabr 2025 00:00
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
26 Dekabr 2025 21:00
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
23 Dekabr 2025 19:39
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
20 Dekabr 2025 00:00
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...
ŞƏRH YAZ











